ONN İnformasiya Agentliyi

Sabah bu ərazilərdə qaz olmayacaq

Sabah bu ərazilərdə qaz olmayacaq
22 Sentyabr 2022 - 14:33

Qax, Zaqatala, Balakən rayonlarının tam olaraq, Şəki rayonunun isə böyük hissəsinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

Bu barədə ONN media-ya “Azəriqaz” İstehsalat Birliyindən bildirilib.

“Qaz İxrac” İdarəsinə məxsus “Yevlax-Şəki-Balakən” yüksək təzyiqli magistral qaz kəmərində aparılacaq təmir işləri ilə əlaqədar, sentyabrın 23-ü saat 09:00-dan etibarən işlər başa çatanadək “Cəfərabad”, “Aşağı Göynük”, “Qax”, “Əliabad”, “Zaqatala”, “Makov”, “Katex”, “Balakən” QPS-lərdən və “Şəki Kərpic zavodu” ölçü qovşağından qaz təchizatının dayandırılması planlaşdırılır.

Təmir işləri aparılan müddətdə Qax, Zaqatala, Balakən rayonlarının tam olaraq, Şəki rayonunun isə böyük hissəsinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png