ONN İnformasiya Agentliyi

Sabah bu yerlərdə QAZ OLMAYACAQ

Sabah bu yerlərdə QAZ OLMAYACAQ
19 Sentyabr 2019 - 22:37

Sumqayıtın bir sıra yaşayış məntəqələrində təbii qazın verilməsində məhdudiyyətlər olacaq.

ONN media xəbər verir ki, “Şəhər 4” orta təzyiqli qaz kəmərində təmir-bərpa işləri ilə əlaqədar olaraq sentyabrın 20-də saat 10:00-dan 17:00-dək şəhərin 42, 47, 48, 49, 50, 51-ci məhəllələrində, 11, 12, 13, 20, 21-ci  mikrorayonlarında, eləcə də Corat qəsəbəsi, Novxanı, Saray, Corat, Ceyranbatan və Metallurq bağlarında, ”Yaşıldərə” yaşayış massivində qaz təchizatı dayandırılacaq.

Aparılan təmir işləri gün ərzində yekunlaşdırılaraq, təbii qazın verilişi təmin ediləcək.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png