ONN İnformasiya Agentliyi

Ticarət mərkəzlərinin tam qapanması nəzərdə tutulur – Operativ Qərargah

Ticarət mərkəzlərinin tam qapanması nəzərdə tutulur – Operativ Qərargah
03 İyun 2020 - 19:53

Həftə sonları ticarət mərkəzlərinin tam qapanması nəzərdə tutulur.

ONN media xəbər verir ki, bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) sədri Ramin Bayramlı Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün keçirilən brifinqində deyib.

Onun sözlərinə görə, vətəndaşlar iki gün üçün zəruri ehtiyaclarını ödəmək məqsədilə alış-veriş etməlidirlər. Lakin bu, yalnız 2 gün ərzində olacaq.

R.Bayramlı qeyd edib ki, həmin günlərdə vətəndaşlara SMS-lə küçəyə çıxmasına icazə veriləcək: “Ancaq bu, SMS əvvəlki kimi olmayacaq. Xüsusi sağlamlıq vəziyyətlərində küçəyə çıxmağa icazə veriləcək. İctimai və şəxsi nəqliyyatın da tam qapadılması nəzərdə tutulur”.

TƏBİB sədri əlavə edib ki, dövlət müəssisələrində cümə günlərində iş saatlarının qısaldılması barədə də təkliflər verilib.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png