AMEA Mərkəzi Elmi Kitabxanasının (MEK) Vikipediya Metodik Mərkəzinin könüllüləri tərəfindən türk-islam aləmində ilk qadın millət vəkili seçilmiş, əslən azərbaycanlı olan Pərixan Sofiyeva haqqında məqalə yaradılıb.
Bu barədə ONN media-ya MEK-dən məlumat verilib.
Məqalədə bildirilir ki, Gürcüstan Demokratik Respublikası haqqında araşdırma aparan tarixçi İrakli Xvadagiani Tiflis quberniyasından seçilən deputatların siyahısında müsəlman qadının adını müəyyənləşdirib. Faktla bağlı araşdırmalarını davam etdirən gürcü tarixçi sonradan Pərixan Sofiyeva adına Gürcüstan Sosialist Federalistlərin rəsmi qəzetində də rast gəlib. Nəticədə türk-islam aləmində ilk millət vəkili seçilən azərbaycanlı qadın - Pərixan Sofiyeva haqqında məlumatlar müasir tarix elminə aşkar edilmiş olub. “Qarayazı anası Pərixan Sofiyeva” adlı məqaləsində İ.Xvadagiani öz fikirlərinə 1918-ci ilin payızında gürcü mətbuatında qürur hissi ilə yazılan “Çox sevindirici bir hadisəni qeyd etmək lazımdır: Səs verənlərin sayına Qarayazı dairəsindən irəli sürülən müsəlman qadın Pərixanım Sofiyeva. İlk eroba (türkcə "Yeroba" sözündəndir, Gürcüstanda o zaman yerli özünüidarəetmə orqanı belə adlanırdı) qurultayı dekabrın 2-ə təyin olunub…” sitatı ilə aydınlıq gətirir.
Araşdırmaçı Mehman İbrahimov tərəfindən gürcü dilinə tərcümə olunan məqalə gürcücə Vikipediyada da yerləşdilib. Daha ətraflı məlumatla buradan tanış ola bilərsiniz
Daha ətraflı məlumatla buradan tanış ola bilərsiniz



Raquf Orucovla bağlı MÜHÜM İŞ
8 dildə danışan azərbaycanlı şair kim olub?
Fazil Mustafanın “İslam qorxusu və müsəlman qoxusu”...
Bu gün Məhəmməd Əmin Rəsulzadənin doğulduğu gündür
Qənirə Paşayeva Qarabağdan danışdı
Gürcüstan parlamentində azərbaycanlı deputatların sayı artdı
Azərbaycanlı qadın Amerikada senator seçilib
Bu gün Məhəmməd Əmin Rəsulzadənin doğum günüdür
Yaşa, yaşa, çox yaşa, ey şanlı Azərbaycan!
Bu gün Məhəmməd Əmin Rəsulzadənin vəfat etdiyi gündür
6 mart Məhəmməd Əmin Rəsulzadənin vəfat etdiyi gündür
Bakıda ŞOK QƏTL: Gecə 3-də ərinə 17 bıçaq vuraraq öldürdü, səbəb isə…
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 