Təhsil Nazirliyi orta məktəblərdə koronavirusa yoluxma halları ilə bağlı son vəziyyəti açıqlayıb. Nazirlikdən ONN media -ya bildirilib ki, 25 şagirdin hərarəti 37 dərəcədən yuxarı olub. Daha 9 şagird və 8 işçidə koronavirus aşkarlanıb. İndiyə qədər ölkə üzrə bir məktəb, 19 sinifdə tədris dayandırılıb və distant təhsilə keçirilib.
Daha 9 şagirddə koronavirus aşkarlandı

