ONN media xəbər verir ki, ADA Universitetində daha bir ixtisas açılıb.
Universitetin Mətbuat xidmətindən məlumat verilib ki, 2018-2019-cu tədris ili üçün elan olunan bakalavr ixtisaslarına hüquqşünaslıq da əlavə edilib.
Bildirilib ki, Nazirlər Kabineti bununla bağlı müvafiq sərəncam imzalayıb. Əyani və ödənişli olan hüquqşünaslıq ixtisasına qarşıdan gələn tədris ilində 40 bakalavr yeri ayrılıb. Abituriyentlər sənədlərini Dövlət İmtahan Mərkəzinin III qrup üzrə imtahan nəticələri əsasında verə biləcəklər.
ADA Universitetindəki digər ixtisaslarda olduğu kimi hüquqşünaslıq ixtsası üzrə təhsil dörd illikdir və ingilis dilində aparılır. İxtisas fənnlərinin bir qismi azərbaycan dilində tədris ediləcək.
Sentyabrda dərsə başlayacaq tələbələr ilk tədris ilini ingilis dili səviyyəsini bu sahə üzrə ali təhsil ala biləcək səviyyəyə qaldırmağa sərf edəcəklər. İngilisi dili məqbul olan tələbələr isə birbaşa bakalavriat proqramına başlaya biləcəklər. Tədris proqramı sosial və humantiar elmlər, riyaziyyat və məntiq, akademik yazı və liderlik bacarıqları üzrə ümumi təhsili, həmçinin ixtisas fənləri və karyeraya hazırlıq mərhələsini əhatə edir. Tələbələrə ADA Universitetinin əməkdaşlıq etdiyi dünyanın 60 aparıcı ali təhsil ocaqlarının birində bir semestrlik təhsil mübadiləsi imkanı veriləcək.
Yeni ixtisas ADA Universitetinin İctimai və Beynəlxalq Münasibətlər İnstitutu tərkibində açılıb. İnstitutun dekanı Elnur Soltanov bildirib ki, bu sahə üzrə gənc kadrların ingilis dilində təhsil alması ölkədə keyfiyyətcə yeni hüquq mütəxəssisləri hazırlmağa imkan yaradacaq: “Son bir il ərzində üzərində işlədiyimiz tədris proqramı dünyanın ən aparıcı hüquq təhsili proqramları üzərində qurulub və güclü təhlil qabiliyyətli, kritik hüquq düşüncəli, yüksək etik dəyərlərə malik gənc kadrların hazırlanmasına istiqamətlənib. İxtisas fənnləri arasında hüquq fəlsəfəsi, konstitusiya hüququ, mülki hüquq, cinayət hüququ, biznes, maliyyə bazarları, əqli mülkiyyət, vergi, insan haqları, informasiya texnologiyaları və digər institusional sahələrə aid qanunvericilik və məhkəmə təcrübəsi tədris ediləcək”.



Qarabağ Universitetinə neçə nəfər qəbul olub?
Rus bölməsinin abituriyentləri üçün MÜHÜM QƏRAR
Bu gün neçə tələbə dərsə başlayıb?
150 bal toplayanların NƏZƏRİNƏ
Ali məktəblərə QƏBULLA bağlı DƏYİŞİKLİK
I-IV ixtisas qrupları üzrə müsabiqə şərtləri – DİM açıqladı
Kolleclərin boş qalan yerlərinə qəbul elan olundu
Aprelin 28-də əvvəlki illərin məzunları üçün qəbul imtahanı keçiriləcək
BMU-da bu ixtisaslara qəbul dayandırıldı
"Qarabağ" universitetinin tələbələri təqaüd alacaq?
Xaricdə təhsillə bağlı YENİLİK
Kolleclərə tələbə qəbulu elan edildi
Bu imtahanların tarixi açıqlandı
Əhaliyə xəbərdarlıq: Bu gün 15:00-dan sonra...
Məşhur aktyorun narkotik testi müsbət çıxdı
Minifutbol millimiz üçün HƏLLEDİCİ GÜN - Çempionluq matçının saatı
Bitkoinin qiyməti 62 min dollardan aşağı düşdü
Əlilliyi olan şəxslərlə bağlı bu qaydalar təsdiqləndi
Günün qoroskopu: Real işlərlə məşğul olun
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək 