Xəbər verdiyimiz kimi, təhsil işçiləri üçün müəyyən güzəşt və imtiyazları özündə birləşdirən təhsil kartları hazırlanacaq.
ONN media xəbər verir ki, məsələ ilə bağlı Musavat.com-a danışan Təhsilin İnkişafı Fondunun İdarə Heyətinin sədri Elnur Nəsibov təhsil işçilərinə veriləcək güzəştli kartlara nələrin daxil ediləcəyi barədə məlumat verib.
“Hazırda ölkəmizdə ali və orta ixtisas təhsili müəssisələrində, orta məktəblərdə 200 mindən çox təhsilverən çalışır. Gələn ildən təhsil işçilərinə güzəştli kartların verilməsi, müəllimlərin və təhsil sahəsində çalışanların sosial rifahını yüksəltmək və onlara daha geniş imkanlar yaratmaq məqsədi daşıyan mühüm bir addımdır. Təhsil işçilərinə veriləcək bu kartlar vasitəsilə müəllimlər müxtəlif sahələrdə endirimlərdən, pulsuz xidmətlərdən və digər imtiyazlardan istifadə edə biləcəklər.
İlk növbədə, nəqliyyat sahəsində güzəştlərin tətbiqi müəllimlər üçün mühüm bir dəstək ola bilər. Eyni zamanda, bir sıra ölkələrdə olduğu kimi, şəhərlərarası nəqliyyatda da müəyyən güzəştlərin tətbiqi uzaq məsafədən gələn müəllimlərə əlavə imkanlar yarada bilər.
Digər bir mühüm sahə səhiyyə və tibbi xidmətlərdir. Güzəştli kartların tibbi xidmətlərdə endirimləri, bəzi tibbi testlərin pulsuz olması və ya endirimli tibbi sığorta paketlərinin təklif edilməsi ilə əhatə olunması müəllimlər üçün əlavə motivasiya yarada bilər.
Mədəniyyət obyektlərinə girişdə endirimlərin tətbiqi, muzeylər, teatrlar, kinoteatrlar və digər mədəniyyət ocaqlarına sərfəli qiymətlərlə giriş imkanı müəllimlərin ictimai-mədəni fəaliyyətlərə daha çox qatılmasına şərait yaradar.
Müəllimlərin sosial imkanlarını genişləndirmək üçün xüsusi mağazalarda endirimlərin təklif edilməsi də olduqca effektiv ola bilər. Geyim, gündəlik tələbat malları və digər lazımi əşyalar üzrə endirimlər müəllimlərin həyat keyfiyyətini artırmaqla yanaşı, onların iqtisadi vəziyyətlərinə də müsbət təsir göstərəcək. Məsələn, müxtəlif Avropa ölkələrində, ABŞ-da və Asiya ölkələrində bu sahədə güzəştlər tətbiq olunur və müəllimlərin sosial təminatını artırmaq məqsədilə onlar üçün xüsusi alış-veriş imkanları yaradılır”, - o qeyd edib.



Tələbələrə şad xəbər! - "TələbəPlus" kartları...
Prezidentin təhsillə bağlı mühüm sərəncamları – Siyahı
Müəllimlər maaşlarını artımla bu tarixdən ala biləcəklər - RƏSMİ
Ali və orta məktəblərdə müəllimlərə QADAĞA
Daha 981 nəfər tələbə olma sevincini yaşadı
Nazirlik bu tələbələrə MÜRACİƏT ETDİ
Bu məktəblərdə oxuyanların NƏZƏRİNƏ
Bu 3 qurum birləşdirilə bilər? - Ekspert
Tələbə çağırışçılara möhlət... - Rəsmi açıqlama
DİQQƏT- Nəticələr açıqlandı
Azərbaycanda ali təhsil 2,5 ilə endirilə bilər?
Cənubi Azərbaycan AYAĞA QALXDI
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 