Bu gün doktorantura və dissertantura səviyyəsində xarici dil fənni üzrə keçirilən qəbul və fəlsəfə doktoru imtahanında ciddi texniki problemlər müşahidə olunub.
ONN media Bakupost.az-a istinadən xəbər verir ki, Dövlət İmtahan Mərkəzinin təşkil etdiyi imtahanın dinləyib-anlama (listening) bölməsində səs sistemində yaranan nasazlıqlar iştirakçıların narazılığına səbəb olub. Bir çox imtahan mərkəzində səsləndirilən monoloq və dialoqlar ya çox zəif eşidilib, ya da ümumiyyətlə anlaşılmayıb. Bu isə abituriyentlərin tapşırıqları düzgün başa düşməsinə və cavablandırmasına ciddi maneə yaradıb.
“Səsin keyfiyyəti çox aşağı idi, elə bil səs-küy içində birini dinləyirsən. Belə bir vəziyyətdə düzgün cavab vermək mümkün deyil”, – deyə imtahan iştirakçılarından biri bildirib.
İştirakçılar həmçinin test tapşırıqları və yazı blokunun da əvvəlki illərlə müqayisədə xeyli çətin olduğunu vurğulayıblar. Xüsusilə dildən istifadə və esse bölməsində təqdim olunan materialların yüksək səviyyədə dil bilikləri tələb etməsi iştirakçılarda narazılıq yaradıb.
Texniki problemlər ilk dəfə deyil
Qeyd edək ki, bu, xarici dil imtahanlarında ilk texniki nasazlıq deyil. Son bir neçə il ərzində keçirilən imtahanlarda da oxşar şikayətlər qeydə alınıb. İştirakçılar dinləmə blokunda səs sisteminin bərbad olması, bəzi mərkəzlərdə akustikanın zəifliyi, səsin bərabər paylanmaması və texniki heyətin hazırlıqsızlığı ilə bağlı dəfələrlə etiraz ediblər.
Buna baxmayaraq, Dövlət İmtahan Mərkəzi bu şikayətlərlə bağlı sistemli və davamlı bir tədbir görmədiyindən narazılıq ildən-ilə daha da artır. Namizədlər hesab edirlər ki, texniki səbəblərdən imtahanda uğursuz nəticə göstərmək ədalətsizlikdir və bu vəziyyətə görə alternativ imkanlar yaradılmalıdır.
İmtahanın detalları
İyunun 22-də keçirilən imtahanda ümumilikdə 2 144 nəfər iştirak edib. Onlardan 1 797 nəfəri doktoranturaya qəbul, 344 nəfəri isə fəlsəfə doktoru imtahanı üzrə qeydiyyatdan keçib. İmtahanlar Bakı və Naxçıvan şəhərlərində təşkil olunub.
İmtahan dörd blokdan ibarət olub: dinləyib-anlama, oxuyub-anlama, dildən istifadə və yazı. Namizədlər 1 saat 30 dəqiqə ərzində test tapşırıqlarını cavablandırıb, daha sonra 15 dəqiqəlik fasilədən sonra yazı blokunu yerinə yetiriblər. Danışıq bloku isə 1–4 iyul tarixlərində ayrıca keçiriləcək.
İmtahanda maksimal bal 50-dir. Dinləmə, oxuma və leksik-qrammatik bölmələr üzrə suallar bir balla qiymətləndirilir. Yazı və danışıq bloklarının hər biri 10 ballıq sistemlə ölçülür



Doktoranturaya qəbul imtahanları keçirilir
DİQQƏT- Bu imtahanların nəticələri ləğv olundu
Bu imtahanların nəticələri AÇIQLANDI
DİQQƏT- Nəticələr elan olundu
DİQQƏT- Nəticələr açıqlandı
Magistraturaya növbəti imtahan keçiriləcək
DİM imtahanların nəticələrini açıqladı
Doktorantura və dissertanturaya qəbul imtahanlarının tələbləri açıqlanıb
MİQ müsabiqəsinin test imtahanı mərhələsi başladı
Sınaq imtahanları keçirildi
DİQQƏT: Sınaq imtahanı keçiriləcək
II və III ixtisas qrupları üzrə qəbul imtahanı başa çatdı
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 