Məktəblərdə elektron jurnal və qiymətləndirmə sisteminə keçid prosesi son illərdə sürətləndirilib. Bu sistem şagirdlərin qiymətləndirilməsi, davamiyyətin izlənməsi və nizam-intizamın qeydiyyatını daha şəffaf və səmərəli edir.
ONN media məsələ ilə bağlı Elm və Təhsil Nazirliyinə sorğu göndərib. Açıqlamada bildirilib ki, hal-hazırda Bakı şəhərində yerləşən 353 ümumtəhsil müəssisəsində şagirdlərin qiymətləndirilməsi, davamiyyətin izlənməsi və nizam-intizamla bağlı bütün qeydlər elektron jurnal üzərindən aparılır. Yəni, bu məktəblərdə kağız jurnallardan tamamilə imtina edilmiş və elektron sistemə keçid yekunlaşıb:
"Digər regionlarda isə elektron jurnaldan istifadənin genişləndirilməsi, kağız jurnallardan imtina, infrastrukturun qurulması və müəllimlərin təlimləndirilməsi istiqamətində işlər davam etdirilir. Hazırda regionlarda 120 təhsil müəssisəsi həm kağız, həm də elektron jurnaldan paralel istifadə edir.
Prosesin sürətləndirilməsi infrastrukturun hazır olması, müəllimlərin hazırlanması və platformanın dayanıqlığının təmin olunmasından asılıdır."
Neçə məktəbdə elektron jurnala keçid olub?



280-dən çox şagirdin yerdəyişməsindən imtina edildi
Şagirdlərin yerdəyişməsi müvəqqəti dayandırılır
Azərbaycanda əmək kitabçalarına ehtiyac qalmayacaq
Valideynlərin NƏZƏRİNƏ: Bu tarixdən...
Məktəblərdə ənənəvi dərsliklərdən imtina olunur?
54 min şagird məktəbini dəyişdi
Şagirdlərin elektron yerdəyişməsinə yenidən başlanılır - RƏSMİ
Yaxın gələcəkdə dərmanlar elektron reseptlə təyin ediləcək
DİQQƏT: Bu gündən şagirdlərin yerdəyişməsinə başlanılır
İmtahan nəticələri nə vaxt elan olunacaq? - DİM
Azərbaycanda 4200-dən çox əlyazma kitabının elektron variantı var
Şagirdlərin elektron yerdəyişməsi prosesi başlanır
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 