Son günlər sosial şəbəkələrdə Həmkarlar İttifaqı Konfederasiyası tərəfindən müəllimlərə göndərildiyi iddia edilən bayram hədiyyəsi geniş müzakirələrə səbəb olub. Belə ki, görüntülərdə bayram sovqatının içində bir neçə şirniyyat məhsulunun olması birmənalı qarşılanmayıb.
ONN media xəbər verir ki, AHİK sözügedən məsələyə aydınlıq gətirib.
Bildirilib ki, Konfederasiyanın fəaliyyəti ilə bağlı yayılan bəzi məlumat və şərhlərdə Yeni il münasibətilə təqdim olunan bayram hədiyyələrinin mahiyyəti məqsədli şəkildə yanlış kontekstdə təqdim olunur:
“Yeni il bayramı ərəfəsində həmkarlar ittifaqları tərəfindən üzvlərə və onların ailə üzvlərinə, o cümlədən azyaşlı uşaqlara bayram hədiyyələrinin verilməsi uzun illərdir mövcud olan sosial xarakterli ənənədir və bu təşəbbüs cari ildə də davam etdirilir. Bu təşəbbüslərin fərqli və təhrif olunmuş formada təqdim edilməsi isə məsələnin mahiyyətinə kölgə salmağa yönəldilib.
AHİK-in fəaliyyətinə bu cür yanaşmalar reallığı əks etdirmir, həyata keçirdiyi sosial təşəbbüslərin təhrifedici və qərəzli təqdimatı ictimai rəyin yanlış formalaşmasına səbəb olur. AHİK daim həyata keçirdiyi sosial proqramlar barədə ictimaiyyətə rəsmi kanallar vasitəsilə dolğun məlumat verir.
İctimaiyyəti və media nümayəndələrini məsələlərə obyektiv yanaşmağa, sosial təşəbbüsləri təhrif olunmuş təqdimat predmetinə çevirməməyə çağırırıq”
Müəllimlərə verilən sovqat müzakirə yaratdı



Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) V qurultayı işə başlayıb
Bayram Nurlu saxlanılıb?
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasına yeni sədr seçildi
Naxçıvanda şənlik davam edir
Bakıda bayram yarmarkaları açıldı
YAP Həmkarlar İttifaqı Komitəsinə yeni sədr seçildi
Heydər Əliyev Fondu kasıb ailələrə bayram sovqatları payladı
Allahşükür Paşazadə bayram namazında iştirak etməyəcək - SƏBƏB
Bayram günlərində bu şəxslərə əlavə pul veriləcək
Akif Təvəkküloğluna YÜKSƏK VƏZİFƏ VERİLDİ
Məscidlərdə bayram namazı qılınıb
Azərbaycanda bayram namazının vaxtı AÇIQLANDI
Bakı-Naxçıvan reysləri ləğv edildi - Səbəb
“Qarabağ” ulduz futbolçusu ilə yollarını ayırdı
Sabah da hava yağışlı olacaq
Çimərliyə getmək istəyənlərin nəzərinə!
DYP hava ilə bağlı sürücülərə müraciət etdi
ABŞ İranla əlaqəli hədəflərə zərbələr endirdi
"Qarabağ"ın oyununu çexlər idarə edəcək
Mühüm dəyişiklik gündəmdə: Evlər ucuzlaşacaq? - Video
Qaraciyərinizin bərpa olunduğunu göstərən 4 əlamət
Neft həftəni bu qiymətlə yekunlaşdırdı
Yağıntılı hava ilə bağlı daha bir xəbərdarlıq
Qardaş ölkədə güclü zəlzələ oldu
“Araz-Naxçıvan”ın yeni prezidenti o seçildi
Bakı və bölgələrdə güclü külək əsəcək - Xəbərdarlıq
Türkiyə MN Azərbaycanı təbrik etdi 