Bəzi müəssisələr bayram günlərində əməkdaşları işə cəlb edir. Bu qərar rəhbəliklə işçi arasında qarşılıqlı razılaşma əsasında qəbul edilir. Belə olduqda həmin işçiyə əmək haqqının hansı qaydada ödənilməsi ilə bağlı bəzi suallar ortaya çıxır.
ONN media xəbər verir ki, mövzu ilə bağlı Yenisabah.az-a danışan Azərbaycan Vəkillər Kollegiyasının üzvü Əsabəli Mustafayev bildirib ki, belə hallarda Əmək Məcəlləsinə əsasən işçiyə ikiqat əmək haqqı verilməsi nəzərdə tutulub:
“Bayram günlərində və digər qeyri-iş günlərində işləyən işçiyə ikiqat əmək haqqı hesablanır. Bu, Əmək Məcəlləsində öz əksini tapıb. Əvvəllər bununla bağlı Həmkarlar İttifaqının razılığı lazım idi, indi isə bir çox qurumda Həmkarlar İttifaqı olmadığı üçün buna ehtiyac yoxdur. İşçinin könüllü razılığı ilə o bayram günlərində işə cəlb olunur və ona maaşın iki qatı ödəniş olunur”.
Hüquqşünas bu qaydanı tətbiq etməyən müəssisələrin Əmək Məcəlləsinin tələblərini pozduğunu qeyd edib:
“İş növbəlidirsə, ikiqat hesablanma tətbiq olunmur. Bu işçi və işəgötürən arasında imzalanan əmək müqaviləsində də öz əksini tapır. Ancaq iş növbəli deyilsə və əmək müqaviləsində nəzərdə tutulmayıbsa, lakin həmin vaxtın tələbinə uyğun olaraq işçi növbəyə cəlb olunursa, o zaman ikiqat hesablanır. Bu cür hallar qarşılıqlı razılaşma ilə həll olunur. Birmənalı olaraq müəssisə əgər bayram günlərində işləyən işçilərinə ikiqat əməkhaqqı verilməsini təmin etmirsə, Əmək Məcəlləsinin tələblərini pozmuş olur”.



Azərbaycanda bu şəxslərə ikiqat maaş veriləcək
İşçinin məzuniyyət pulu hansı qaydada hesablanır?
Baş nazirdən bu işçilərin əmək haqqı ilə bağlı MÜHÜM QƏRAR
Bayram günlərində taksilərdə qiymətlər artıb?
Bu qadınların maaşı artırılacaq
Bu şəxslərə ayda maaşlarının 25%-i həcmində pul veriləcək
Azərbaycanda əmək müqaviləsinin forması dəyişdirilir
Minimum əmək haqqı ilə bağlı şad xəbər
Bayram günlərində sərnişindaşımada qiymət artımı olacaq?
Əmək hüquqlarının pozulması halları ilə bağlı icraatlar başlanıb
Bayram günlərində ictimai nəqliyyat işləməyəcək?
Azərbaycanda 10 gün İŞ OLMAYACAQ - Maaşlardan çıxılacaq?
Messi gözyaşlarına hakim ola bilmədi
Maşın almaq istəyənlərin NƏZƏRİNƏ
Avropada dəhşətli istilərlə bağlı xəbərdarlıq
Neft həftəyə bu qiymətlə başladı
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı 