Abşeron-Xızı Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən dövlət məktəbəqədər təhsil müəssisələrində vakant tərbiyəçi-müəllim vəzifələri üzrə yerdəyişmə prosesinə qeydiyyat elan olunur.
ONN media xəbər verir ki, bu barədə Abşeron-Xızı Regional Təhsil İdarəsi məlumat yayıb.
Bildirilib ki, müsabiqədə hazırda dövlət məktəbəqədər təhsil müəssisələrində tərbiyəçi-müəllim vəzifəsində müddətsiz əmək müqaviləsi ilə çalışan şəxslər iştirak edə bilərlər.
Qeyd olunub ki, qeyri-ixtisaslı tərbiyəçi-müəllimlər yaşayış yerindən asılı olmayaraq yerdəyişmə müsabiqəsində iştirak edə bilməzlər.
Yerdəyişmə etmək istəyən namizədlər aprelin 7-dən 15-dək aşağıdakı link vasitəsilə qeydiyyatdan keçə bilərlər.
Qeydiyyat linki: https://forms.gle/kTvqh2R2WeXzcGL6A
Tərbiyəçi-müəllimlərin yerdəyişməsi ilə bağlı müraciətlərə yaşayış yerinin (rayon, şəhər) dəyişməsini təsdiq edən müvafiq sənəd təqdim edildiyi halda baxılır.
Tələb olunan sənədlər:
- şəxsiyyət vəsiqəsinin surəti;
- təhsil haqqında dövlət sənədinin (diplomun) surəti;
- əmək kitabçasının surəti;
- şəhid ailə üzvü olmasını təsdiqləyən sənədin surəti (olduğu halda);
- yerdəyişmənin səbəbini təsdiq edən dövlət qurumları tərəfindən verilmiş arayışlar (yaşayış yerinin dəyişməsi, həyat yoldaşının iş yerinin dəyişməsi, tibbi göstərişlər və s.).
Bir vakant yerə birdən çox müraciət daxil olduqda namizədlərə aşağıdakı ardıcıllıqla üstünlük verilir:
- şəhid ailəsi üzvlərinə;
- daha yüksək təhsil səviyyəsinə malik şəxslərə;
- pedaqoji stajı daha çox olan tərbiyəçi-müəllimlərə.



Tərbiyəçi-müəllim işləmək istəyənlərin NƏZƏRİNƏ
Bağçada işləmək istəyənlərin NƏZƏRİNƏ
Bu müəllimlərin NƏZƏRİNƏ
Bağçada işləmək istəyənlərin NƏZƏRİNƏ
Bağçada işləyən bu şəxslərin NƏZƏRİNƏ
Bağça müəllimlərinin DİQQƏTİNƏ
Müdir olmaq istəyənlər üçün sənəd qəbulu başlayır
Müəllim olmaq istəyənlərin NƏZƏRİNƏ
Müəllimlərin nəzərinə: bu tarixdən sənəd qəbulu başlayır
Müəllimlərin nəzərinə: müsabiqə başladı!
Bağça müdiri olmaq istəyənlərin NƏZƏRİNƏ
Müəllimlərin iş yerinin dəyişdirilməsi müsabiqəsi başlayır
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 