"Peşə təhsili haqqında" qanuna əsasən, sosial müdafiəyə xüsusi ehtiyacı olan şəxslər dövlət peşə təhsili müəssisələrində ödənişli əsaslarla təhsil aldıqları müddətdə təhsil haqqından azad olacaqlar.
ONN media bildirir ki, valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlar, I, II və III qrup əlillər, münaqişə zamanı əlil olanlar və şəhid ailələrinin üzvləri, 20 yaşına çatmamış və I qrup əlil valideyni olan, aylıq gəliri yaşayış minimumundan aşağı olan şəxslərin təhsil haqqı dövlət büdcəsi hesabına ödəniləcək.
Qeyd edək ki, "Azərbaycan Respublikasında peşə təhsili və təliminin inkişafına dair Strateji Yol Xəritəsi"nə uyğun olaraq, 2020-ci ilədək peşə təhsilinə cəlb edilmiş həssas əhali qruplarından olan uşaqların sayının peşə təhsili üzrə təhsilalanların ümumi sayında payının 5 faizdən çox olması əsas hədəf indikatorlarından biri kimi müəyyənləşdirilib. Bununla əlaqədar olaraq, "Peşə təhsili haqqında" Qanunda yaşlılar, xüsusi qayğıya ehtiyacı olan gənclər və digər həssas əhali qruplarının təhsilə cəlb olunmaları üçün müvafiq təhsil mühiti və şəraitinin yaradılması, onların ixtisaslarına uyğun işlə təmin olunmasına köməklik göstərilməsi nəzərdə tutulur.
İlk dəfə olaraq 2017-2018-ci tədris ilində Texnika və Texnologiyalar üzrə Bakı Dövlət Peşə Təhsili Mərkəzində sağlamlıq imkanları məhdud gənclər üçün "Soyuducu qurğuların maşinisti" ixtisası üzrə qrup açılıb və 9 tələbə inklüziv təhsil alıb. Növbəti tədris ilində digər peşə təhsili müəssisələrində də sosial müdafiəyə xüsusi ehtiyacı olan şəxslər üçün müxtəlif ixtisaslar üzrə qrupların açılması nəzərdə tutulur.



Bu şəxslər peşə məktəblərində pulsuz oxuya biləcəklər
Bu şəxslər də özəl universitetlərdə pulsuz təhsil ala biləcək
Prezident TƏSDİQLƏDİ: Bəzi şəxslər özəl universitetlərdə pulsuz təhsil alacaqlar
Bu uşaqların təhsil haqlarını dövlət ödəyəcək
Bu tələbələrin təhsil haqqını dövlət ödəyəcək
Bu uşaqların təhsil haqqını DÖVLƏT ÖDƏYƏCƏK
“Peşə təhsili haqqında” qanuna dəyişikliklər təsdiqlənib
Bu şəxslərin təhsil haqqını dövlət ödəyəcək
Bu şəxslərə 265 MANAT PUL VERİLƏCƏK
İlham Əliyev veteranlarla bağlı bu qanunu təsdiqlədi
Sabahdan qeydiyyat başlanır
Bu ailələrə 480 manat veriləcək
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı
Neftin bu günə olan qiyməti
Günün qoroskopu: Xırda məsələyə görə əhvalınızı pozmayın
Maştağada güclü yanğın başladı
Ərdoğanın 10-cu nəvəsi dünyaya gəldi
Sərnişinlərə daha bir şad xəbər 