Ümumi təhsil müəssisələrinə müəllimlərin işə qəbulu üzrə müsabiqənin test mərhələsi başa çatıb.
Təhsil Nazirliyindən ONN media-ya verilən məlumata görə, bu gündən etibarən test imtahanının nəticələri namizədlərin şəxsi səhifələrinə göndəriləcək, avqustun 3-dən etibarən isə vakansiya seçimi mərhələsinə start veriləcək. Vakansiya seçimi mərhələsində namizədlər elektron ərizələrinə ali və ya orta ixtisas təhsili haqqında sənədi və onun əlavəsini yükləyərək, vakant yer seçərək ərizələrini təsdiq etməlidirlər. Elektron ərizələr yoxlanıldıqdan sonra namizədlər imtahanda göstərdikləri nəticələrə uyğun olaraq proqram təminatı tətbiq olunmaqla vakant yerlərə yerləşdiriləcəklər. Bu barədə onların şəxsi səhifələrinə müvafiq məlumat göndəriləcək.
İyulun 16-dan start verilən bu mərhələdə 19 fənn – Azərbaycan dili və ədəbiyyatı, Azərbaycan dili, ibtidai sinif, ingilis dili, alman dili, riyaziyyat, informatika, təsviri incəsənət, rus dili, rus dili və ədəbiyyatı, fransız dili, musiqi, tarix, kimya, fizika, texnologiya, biologiya, fiziki tərbiyə, coğrafiya üzrə test imtahanları keçirilib.Müəllim adı uğrunda mübarizəyə 39 min 163 namizəd qoşulub.
Qeyd edək ki, müəllimlərin işə qəbulu 4 mərhələdən (elektron ərizədəki göstəricilərin qiymətləndirilməsi, test imtahanı, vakant yerlərin seçilməsi və müsahibə) ibarətdir. Test imtahanı mərhələsində namizədlərə ixtisas, tədris metodikası, təlim strategiyaları və məntiqə aid suallar təqdim edilib.
Müsahibə mərhələsində test imtahanlarının nəticələrinə əsasən vakant yer tutmaq hüququ qazanmış namizədlərin bilik və bacarıqları, psixoloji hazırlığı və ümumi dünyagörüşü yoxlanılacaq.
İşə qəbul müsabiqəsi nəticəsində namizədlərin topladığı bal iki tədris ili qüvvədədir və onlar növbəti dərs ili üçün keçirilən müsabiqə zamanı birbaşa vakansiya seçimi mərhələsində iştirak edə bilərlər.



DİQQƏT- Müəllimlərin vakansiya seçimi başladı
DİQQƏT- Tarixlər açıqlandı
Müəllimlərin vakansiya seçimi mərhələsinə start verilir
MİQ-də II tur başlayır - Müddətli müqavilə ilə vakansiya
DİQQƏT: Vakansiya seçiminə start verildi
Nazirlikdə işə düzəlmək istəyənlərin NƏZƏRİNƏ: Vakansiyalar
Müəllimlərin işə qəbulu üzrə əlavə yerləşdirməyə start verilir
Müəllimlərin işə qəbulu ilə bağlı imtahanlar başlayır
Müqavilə ilə müəllim işlənək istəyənlərin NƏZƏRİNƏ
Müəllim olmaq istəyənlərin NƏZƏRİNƏ!
DİQQƏT - Seçim bu gün başa çatır
MİQ üzrə müsahibə mərhələsi başlayır
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 