Təhsil Nazirliyinin Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsi təhsildə müasir texnologiyaların tətbiqinin dünya standartları səviyyəsinə çatdırılması və informasiya-kommunikasiya texnologiyalarının tədris prosesində geniş istifadəsinin təmin olunması məqsədilə müxtəlif layihələr və tədbirlər həyata keçirir.
ONN media xəbər verir ki, Təhsil Nazirliyindən verilən məlumata görə, sifarişə əsasən, 5 ümumi təhsil müəssisəsi “Lego Education Mindstorms EV3” təhsil robotları ilə təmin olunub və 15 ümumi təhsil müəssisəsinə də avadanlıqların paylanılmasına başlanılıb.
Ümumi təhsil müəssisələrinin informatika otaqlarına xüsusi olaraq "Lego Education" təhsil həllərinə uyğun tərtibat verilir, otaqlar avadanlıqlar üçün mebellərlə təchiz olunur. Məktəb müəllimləri xüsusi sertifikatı olan xarici mütəxəssislər tərəfindən keçirilən təlimlərdə iştirak edir, robotların proqramlaşdırılması, təhsildə tətbiqi və inteqrasiyası barədə biliklərə yiyələnirlər.
Təmin olunan robot dəstləri robotun “beyni” hesab olunan və proqramlaşdırıla bilən “Brick” kontroller çipi, Lego konstruktorlar və xüsusi blok əsaslı proqram təminatı hissələrindən ibarətdir. Şagirdlər konstruktor hissələrdən istifadə edərək onlara lazım olan modelləri hazırlayır və modelin hərəkətə gəlib verilən tapşırıqları yerinə yetirməsi üçün “Brick” çipini proqramlaşdırırlar. “Midstorms EV3” əsas dəstdən başqa, daha böyük və müxtəlif fənlər üzrə spesifik tapşırıqların yerinə yetirilməsi üçün məktəblərə “Expansion” dəsti də paylanılır.
Cari ildən etibarən fizika və informatika dərslərində istifadə olunacaq avadanlıq dəstlərinin paylanılması nəzərdə tutulub. Bununla yanaşı, yeni dərs ilindən etibarən 12 məktəb ibtidai sinif şagirdləri üçün nəzərdə tutulmuş “Lego Education WeDo 2.0” robot dəstləri də əldə edəcəklər.



Hava şəraiti təhsildə davamiyyətə necə təsir edib?
Məktəblərdə qış tətilinin vaxtı açıqlandı
Bu gün neçə tələbə dərsə başlayıb?
Tələbələrin təqaüdləri və qaydalar dəyişib
Nazirdən "Son zəng"lə bağlı ƏMR
Direktor olmaq istəyənlərin DİQQƏTİNƏ
Şuşanın təhsil statistikası AÇIQLANDI
Nazirlikdən ənənəvi tədrislə bağlı açıqlama
349 müəllimin qatılacağı stajkeçmə xidməti keçiriləcək
Təhsil Nazirliyindən yeni ƏMR
Bu gün Azərbaycan məktəblərində "Son zəng"dir
Yeni tədris ilində I sinfə nə qədər şagird gedəcək?
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı
Neftin bu günə olan qiyməti
Günün qoroskopu: Xırda məsələyə görə əhvalınızı pozmayın
Maştağada güclü yanğın başladı
Ərdoğanın 10-cu nəvəsi dünyaya gəldi
Sərnişinlərə daha bir şad xəbər 