Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı Bakı İslam Universitetinin bağlanması məsələsinə aydınlıq gətirib.
ONN media Trend-ə istinadla xəbər verir ki, M.Qurbanlı jurnalistlərə bildirib ki, Azərbaycanda din sahəsində kadr hazırlığı dövlət müstəqilliyinin bərpası dövrünə təsadüf edir:
"O dövrdə bir neçə mədrəsə, o cümlədən Bakı İslam Universiteti yaradıldı. Azərbaycanda məscidlərinin sayının artması ilə əlaqədar din sahəsində çalışan kadrlara eytiyac olub və Bakı İslam Universiteti və mədrəsələr bu boşluğu doldurmaqda kifayət qədər fəaliyyət göstərib. Ancaq bilirsiniz ki, Azərbaycan çoxkonfessiyalı ölkədir və bizim ölkəmizdə yalnız İslama deyil, digər dinlərə aid kadrlar hazırlanmalıdır. Azərbaycan qanunvericiliyinə görə, ölkədə dini məbədlərdə çalışan şəxslər birincisi, Azərbaycan vətəndaşı olmalıdır, ikincisi isə həmin şəxslər təhsilini Azərbaycanda almalıdır. Buna görə də, cənab Prezidentimiz İlahiyyat İnstitutunun yaradılması haqqında sərəncam imzalayıb və bu institut bu sahədə olan vəzifələri yerinə yetirəcək".
M.Qurbanlı qeyd edib ki, İlahiyyat İnstitutunda İslamla yanaşı, digər dinlərə aid kadr hazırlığı həyata keçiriləcək:
"Bu səbəbdən Qafqaz Müsəlmanları İdarəsi təsisçi olaraq Bakı İslam Universitetinə gələn ildən qəbulun dayandırılması barədə qərar verib. 2, 3 və 4-cü kursda təhsil alan tələbələr öz təhsillərini başa çatdırana qədər Bakı İslam Universiteti öz fəaliyyətini davam etdirəcək. Dövlət İmtahan Mərkəzi bu il Bakı İslam Universitetinə qəbul olunan tələbələrin ayrı-ayrı təhsil ocaqlarına bölüşdürülməsi istiqamətində tədbirlər həyata keçirib və bu tələbələrin bəziləri də İlahiyyat İnstitutuna gələcək".



Ekspert ali məktəblərdə din tədrisinə niyə qarşı çıxdı?
Prezident dini qurumlara maliyyə yardımı ayırdı - SİYAHI
Yas və toyların bərpası ilə bağlı - RƏSMİ AÇIQLAMA
Qeydiyyatdan keçən dini icmaların sayı açıqlandı
Azərbaycan məscidlərində bir ilk
İlham Əliyev sərəncam imzaladı
Azərbaycanda nə qədər məscid və kilsə var?
ABŞ-ın din xadimləri Ağdam və Şuşaya səfər edib
Universitetlərə qəbul üzrə orta ballar açıqlandı - SİYAHI
Qan vermək istəyənlərin NƏZƏRİNƏ
Bu universitet "Dünyanın ən yaxşıları" sırasında yer alıb
“Heç bir təhsili olmayan şəxslər din xadimi adı altında təbliğatla məşğul olur” – Millət vəkili
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı
Neftin bu günə olan qiyməti
Günün qoroskopu: Xırda məsələyə görə əhvalınızı pozmayın
Maştağada güclü yanğın başladı
Ərdoğanın 10-cu nəvəsi dünyaya gəldi
Sərnişinlərə daha bir şad xəbər 