Dövlət İmtahan Mərkəzi oktyabrın 28-də yeni təhsil proqramları (kurikulum) üzrə 2019-cu ilin qəbul imtahanı modelinə uyğun sınaq imtahanı keçirəcək.
DİM-dən ONN media-ya verilən məlumata görə, sınaq imtahanında iştirakçılara 2019-cu ildə ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə qəbul imtahanının modelinə uyğun olaraq hər ixtisas qrupunda 3 imtahan fənni üzrə test tapşırıqları təqdim olunacaq.
İmtahanlar Bakı, Sumqayıt, Naxçıvan, Gəncə, Şəki, Bərdə, Göyçay, Şirvan, Xaçmaz və Lənkəran şəhərlərində, ümumilikdə 18 binada təşkil olunacaq.
İmtahanda iştirak etmək üçün yazılış internet vasitəsilə aparılıb və 6600 şagird qeydiyyatdan keçib. Sınaq imtahanı 1 növbə üzrə keçiriləcək və bütün binalarda saat 11:00-da başlanacaq.
Abituriyentlərə hər fənn üzrə 30 test tapşırığı təqdim olunur. Bu tapşırıqların 22-si qapalı, 8-i isə açıq formalıdır. Açıq formalı tapşırıqlardan 3-ü yazılı şəkildə cavablandırılması tələb olunan situasiya və yaxud mətn əsasında hazırlanan tapşırıqlardır. Digər açıq formalı tapşırıqlar uzun müddət istifadə olunan hesablama, seçim, xronologiya, uyğunluğu müəyyənetmə tipli tapşırıqlar.
İmtahanların idarə edilməsi üçün 45 imtahan rəhbəri, 408 nəzarətçi-müəllim ayrılıb. Şagirdlərin nəzərinə çatdırırıq ki, imtahan binalarına buraxılış yalnız şagirdlərin şəxsiyyət vəsiqəsinin əsli və "İmtahana buraxılış vərəqəsi" əsasında həyata keçirilir.
Göstərilən sənədlərindən biri olmayan, sənədləri arasında uyğunsuzluq olan, imtahana şəxsiyyət vəsiqəsinin surəti ilə gələn, başqasının şəxsiyyət vəsiqəsi ilə qeydiyyatdan keçən şagirdlər imtahana buraxılmır.



DİM sınaq imtahanı keçirəcək
Bu gün buraxılış imtahanı keçirilir
Bu gün X siniflər üçün sınaq imtahanı keçirilir
Sınaq imtahanları keçirildi
Abituriyentlərin DİQQƏTİNƏ
Şagirdlərin DİQQƏTİNƏ
Sınaq imtahanlarında YENİLİK
Abituriyentlərin DİQQƏTİNƏ- sınaq imtahanı keçiriləcək
İlk sınaq imtahanının tarixi bəlli oldu
Ali məktəblərə qəbulla əlaqədar ilk sınaq imtahanı keçirilir
Abituriyentlərin DİQQƏTİNƏ!- Şərtlər açıqlandı
Bu gün sonuncu sınaq imtahanı keçirilir
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 