“2007-2015-ci illərdə Azərbaycan Respublikası gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” çərçivəsində 3558 nəfər gənc dünyanın müxtəlif ölkələrinin qabaqcıl ali təhsil müəssisələrində bakalavr, magistr, doktorantura təhsili alıb.
ONN media xəbər verir ki, bunu təhsil naziri Ceyhun Bayramov bu gün nazirlikdə keçirilən mətbuat konfransında çıxışı zamanı deyib.
Nazir bildirib ki, həmin tələbələrin əksəriyyəti təhsili başa vurub ölkəyə qayıdıb, müxtəlif sahələrdə fəaliyyət göstərirlər: “Apardığımız təhilillər zamanı həmin məzunların 60 faizinin özəl, 40 faizinin dövlət sektorunda fəaliyyət göstərdiyi məlum olub. Dövlət Proqramı çərçivəsində xaricdə təhsil alan məzunlarımızın böyük əskəriyyəti əmək fəaliyyəti ilə yanaşı, akademik fəaliyyət də göstərir. ADA, Bakı Dövlət Universiteti, Azərbaycan Dövlət İqtisad Universiteti, Bakı Ali Neft Məktəbi və Dövlət İdarəçilik Akademiyasında dövlət proqramının yüzlərlə məzunuı işləyir, pedoqoji fəaliyyətlə məşğul olurlar. Bu da o deməkdir ki, Dövlət Proqramı Azərbaycanın ali təhsil sisteminə tövhə verir”.
Nazir onu da vurğulayıb ki, Dövlət Proqramı çərçivəsində dünyanın inkişaf etmiş ölkələrinin ali təhsil müəsisələrinin ölkəmizdə filialı açılıb. “Bu müddət ərzində yeni nəsil ali təhsil müəssisələri- ADA Universiteti, Bakı Ali Neft Məktəbi fəaliyyətə başladı. SABAH qrupları da bu proqramın bir hissəsidir. Bu müddət ərzində ölkə iqtisadiyyatı üçün vacib olan ikili diplom proqramları həyata keçirildi. Bu da ölkəmizin təhsil sisteminin beynəlxalq reytinq cədvəllərində yerinə təsir edən məqamlardandır. Bu proqramlar, xaricdə təhsil alan gənclərimizin ölkəyə geri qayıtması təhsil sisteminin inkişafına töhfəsini verəcək”.



Azərbaycanda təqaüd alan tələbələrin sayı açıqlandı
Yeni nazir müavini kimdir? - DOSYE
"Qarabağ" universitetində yeni təyinat olub
Təhsil Nazirliyindən tələbələrə şad xəbər
Xaricdə təhsil almaq istəyənlərin nəzərinə
Bu universitet "Dünyanın ən yaxşıları" sırasında yer alıb
Xaricdə təhsil almaq istəyənlərin NƏZƏRİNƏ
Bu universitetlərdə təhsil alan tələbələrə ŞAD XƏBƏR
İlham Əliyev təhsillə bağlı tapşırıq verdi
Bu tələbələrin DİQQƏTİNƏ- Təhsil haqqını...
Universitetlərə qəbul üzrə orta ballar açıqlandı - SİYAHI
Tələbə çağırışçılara möhlət... - Rəsmi açıqlama
Messi gözyaşlarına hakim ola bilmədi
Maşın almaq istəyənlərin NƏZƏRİNƏ
Avropada dəhşətli istilərlə bağlı xəbərdarlıq
Neft həftəyə bu qiymətlə başladı
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı 