Dekabrın 29-da Təhsil Nazirliyi sisteminə daxil olan ilk peşə-ixtisas təhsili müəssisələrində çalışan müəllim-pedaqoji heyətin diaqnostik qiymətləndirilməsi keçiriləcək.
Təhsil Nazirliyindən ONN media-ya verilən məlumata görə, diaqnostik qiymətləndirmənin bu mərhələsində rasionallaşdırılmış peşə təhsili müəssisələrinin 51 peşə-ixtisas istiqaməti üzrə müəllim-pedaqoji heyəti iştirak edəcək.
Diaqnostik qiymətləndirmənin keçirilməsində məqsəd “Azərbaycan Respublikasında peşə təhsili və təliminin inkişafına dair Strateji Yol Xəritəsi”nə əsasən kadr hazırlığı prosesinin müasirləşdirilməsi üçün müəllim-pedaqoji heyətin bilik və bacarıqlarının artırılması, nəticələrdən asılı olaraq onların ixtisasartırma və yenidənhazırlanma təlimləri vasitəsilə əmək bazarının tələblərinə uyğunlaşdırılmasıdır.
Diaqnostik qiymətləndirmə dekabrın 29-da saat 10.00-da Turizm və Sosial Xidmətlər üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində (əvvəlki 5 nömrəli Bakı Peşə Liseyinin binası) keçiriləcək.
İl ərzində peşə təhsili müəssisələri üzrə ümumtəhsil fənn müəllimlərinin diaqnostik qiymətləndirilməsi keçirilib və həmin müəllimlər inkişafyönümlü təlimlərə cəlb olunub.
Qeyd edək ki, Nazirlər Kabinetinin müvafiq qərarlarına uyğun olaraq Bakı, Gəncə və Qəbələdə yerləşən 34 ilk peşə-ixtisas təhsili müəssisəsi şəbəkəsinin rasionallaşdırılması həyata keçirilib və 14 ixtisaslaşmış Dövlət Peşə Təhsil Mərkəzi yaradılıb.



Bu müəllimlər imtahana çəkiləcək
Peşə məktəblərinin müəllimləri imtahan verəcək
Peşə-ixtisas təhsili müəssisələrinin müəllimlərinin maaşları açıqlandı
Bu müəllimlərin maaşı artırıldı
ŞAD XƏBƏR- Maaşlar artırıldı
Müəllimlərin maaşı 2 DƏFƏ ARTIRILDI - SƏRƏNCAM
Müəllimlərin maaşlarında dəyişiklik var
Müəllimlərə XƏBƏR VAR- Mütləq oxuyun
Bu müəllimlərin yeni maaşları TƏSDİQLƏNDİ
Bu təhsil işçilərinin maaşı artırılır — QƏRAR
Prezidentin təhsillə bağlı mühüm sərəncamları – Siyahı
Prezident bu şəxslərlə bağlı sərəncam imzaladı
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı
Neftin bu günə olan qiyməti
Günün qoroskopu: Xırda məsələyə görə əhvalınızı pozmayın
Maştağada güclü yanğın başladı
Ərdoğanın 10-cu nəvəsi dünyaya gəldi
Sərnişinlərə daha bir şad xəbər 