2018-ci il yanvarın 1-dən ötən ilin may-aprel aylarında diaqnostik qiymətləndirilmədən keçən 42 minə yaxın müəllimin əməkhaqqı artırılıb.
Təhsil Nazirliyindən ONN media-ya verilən məlumata görə, Prezident İlham Əliyevin sərəncamına uyğun olaraq mərkəzləşdirilmiş müsabiqə yolu ilə dövlət ümumi təhsil müəssisələrinə işə qəbul olunan müəllimlər diaqnostik qiymətləndirilməsi aparılan müəllimlərə bərabər tutulur. Bu qərara əsasən, 2017-ci ildə müəllimlərin işə qəbulu imtahanından uğurla keçib təyin olunan 6 minə yaxın müəllimin də əmək haqqı artırılıb.
Prezidentin “Dövlət ümumi təhsil müəssisələrində çalışan bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılan müəllimlərin dərs yükünün və əməkhaqqının artırılması haqqında” 16 yanvar 2015-ci il tarixli 994 nömrəli sərəncamında bu kateqoriyadan olan müəllimlərin həftəlik dərs yükü normasının 1,5 dəfə, aylıq vəzifə maaşının 2 dəfə artırılması nəzərdə tutulub.
Qeyd edək ki, 2014-cü ildən etibarən ölkə üzrə ümumilikdə 140.000-dək müəllim, o cümlədən ümumi saydan 41 360 nəfəri 2017-ci ildə diaqnostik qiymətləndirmədən keçib. Beləliklə də ölkənin ümumi təhsil müəssisələrində çalışan müəllimlərin diaqnostik qiymətləndirilməsinə yekun vurulub.



Təhsil Nazirliyindən müəllimlərə şad xəbər- 45 MİN NƏFƏRİN MAAŞI ARTACAQ
Bu təhsil işçilərinin maaşı artırılır — QƏRAR
Müəllimlərin NƏZƏRİNƏ
Bu müəllimlərin maaşı artırıldı
Bu şəxslərə ŞAD XƏBƏR: Maaşlar artırıldı
Bu müəllimlərin yeni maaşları TƏSDİQLƏNDİ
Peşə-ixtisas təhsili müəssisələrinin müəllimlərinin maaşları açıqlandı
Bu müəllimlərin də maaşı artacaq - RƏSMİ
Müəllimlərin maaşı 2 DƏFƏ ARTIRILDI - SƏRƏNCAM
Prezident bu şəxslərlə bağlı sərəncam imzaladı
Müəllimlərin maaşlarında dəyişiklik var
Prezidentin təhsillə bağlı mühüm sərəncamları – Siyahı
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 