ONN İnformasiya Agentliyi

Azərbaycan dilçiliyində tarixi intibahın başlanğıcı.

Azərbaycan dilçiliyində tarixi intibahın başlanğıcı.
29 Noyabr 2017 - 16:55

Əjdər Tağıoğlu "Mesrop Maştos əlifba ixtiraçısı deyil, fırıldaqçı keşişdir" kitabı ilə sübut edir ki, tarixdə belə bir "ixtiraçı" olmayıb.

    Professor Əjdər Tağıoğlu ensiklopedik biliyə malik məşhur  akademik  N.Y. Marrın uzun illər apadığı araşdırmaların nəticəsi olan müdrik elmi kəlamını kitabına epiqaf etməklə çox düzgün yol seçmişdir. Akademik  N. Y.Marr yazırdı: “Erməni xalqı kimi erməni dili də hibrid (calaq) dildir.”

      Əjdər Tağıoğlu "Mesrop Maştos əlifba ixtiraçısı deyil, fırıldaqçı keşişdir" kitabında problemlə əlaqədar bu kontekstdə təkzib edilməz maddi sübutlarla geniş araşdırmalar apararaq o nəticəyə gəlir ki, belə bir xalqın öz təfəkküründən yaranmış nə etnotarixdən, nə də etnoyazıdan danışmağa dəyməz. Araşdırıcı əlavə edərək yazır ki, erməni babaları heç zaman yaradıcı ağıla malik olmamışlar. Bunun təkzib edilməz sübutunun birincisi  yunandilli Kilikiya erməni kilsəsinin anonim keşişin Babil / Xaldey tarixçisi Berosun (m.ö.III əsr)  "Babil tarixi" ("Vaviloniya") kitabından  götürdüyü əfsanəvi babilli Haykı  eponim kimi saxta erməni tarixinə çevirməsidir. Mifik Hayka kimi heç bir yazılı ədəbiyyatda ermənilərin baba adı qeydə alınmamışdır. Başqa xalqın sərvətinə sahiblənən kilsə bu "ad qoyma" əhvalatını anonim keşiş Moisey Xorenatsinin adına XIV əsrdə (Q.A.Xalatyants) tərtib etdiyi "Hayistan tarixi"ndə uydurmuşdur.

      Araşdırıcı yazr ki, özlərini gah "hay", gah da "armyan" adlandıran xalqın bu dövrədək baba adı olmamışdır. Milliyyətcə erməni olan polşalı  yepiskop  (XVI əsr) Simeon Lehatsinin "yunanlar ermənilərin tarixi düşmənləridirlər. Onlar bizə "İşkil" (bizim dildə "Səllim itlər") deyib, tüpürüb bayıra atdılar" can yanğısı ilə dediyi sözlər də bunu təsdiq edir.

     Nikitin Osipoviç Emin adında erməi keşişi 1858- ci ildə "Hayistan tarixi"ni   "Armeniya tarixi" adıyla rus dilinə çevirir, Moskvada nəşr etdirir. İ. Şopen keşişin bu açıq ideoloji təxribatının əleyhinə yazır ki, M.Xorenatsi heç bir yerdə "Armeniya" demir, hər yerdə "Hayistan" və "Hay" yazır.

      Nikitin Emin "Hayistan" sözünün yerinə sadəcə olaraq, "Armeniya " ifadəsini yazmır. Əjdər Tağıoğlu bu məsələnin tarixi kökünü araşdırır. O, yazır ki, 1828 – ci ildə qanlı rus süngüsü ilə yazılmış "Türkmənçar" irtica müqaviləsi ilə Vahid Azərbaycan dövləti qəddarcasına iki hissəyə parçalandı. İşğalçı ruslar Qafqazda "xristian qardaşları" dayağı yaratmaq məqsədilə Arazın o sahilindən köçürülüb gətirilmiş yarı dilənçi erməniləri Ön Qafqaz Oğuz Albaniyası ərazisində yerləşdirir. Bundan sonra imperiyanın mərkəzində hazırlanmış "Türksüz Ön Qafqaz" ideoloji savaş maşını gəlmə ermənilərə Ön Qafqazın "qədim yerli əhalisi" tarixi yazmaq üçün fəaliyyətə başlayır. Nikitin Emin də 1858-ci ildə M.Xorenatsinin "Hayistan tarixi"nin tərcüməsini qarşısına qoyanda başa düşür ki, kilsənin Kiçik Asiyada babilli Haykın şərəfinə "inşa etdiyi" əfsanəvi "Hayistan" mifik  ölkə  adıyla ernilərə "qədim Qafqaz tarixi" yazmaq mümkünsüzdür.   

     Araşdırıcı fikrinin davamında yazır ki, məhz bu səbədən də kilsənin babilli Haykla bağlı əfsanə ilə yanaşı "Avesta"dan və "Bilqamıs"dan götürdüyü hadisələr əsasında XIV ərdə (Q.A. Xalatyants) tərtib edilmiş "Hayistan tarixi"ni XIX əsrdə Nikitin Emin "Armeniya tarixi" adı ilə rus dilinə çevirərkən üç türk dövlətinin (Biaini, Arme, Part çarlıqlarının) mifoloji və filoloji tarixixinə aid materialları tərcümə mətninə əlavə edir. Onun məqsədi ümumtürk tarixinin bu üç epoxasını "Armeniya" adı ilə  ermənilərin saxta tarixinə çevirməkdir.

       Əjdər Tağıoğlu bu tarixi saxtakarlığı
ifşa etmək üçün N.Eminin "Armeniya tarixi"nə yazdığı "Ön söz"ü və kitabın sonuna əlavə etdiyi "Qeydlər" və "Əlavələr" bölmələrini, habelə M.Xorenatsinin dili ilə kilsənin söylədiyi əhvalatları tarixi zəmində geniş təhlilə çəkir. Aydın olur ki, 1858-ci il tərcümə variantına yazdığı "Ön söz"də m.ö. 150-ci ildə Arsaklı anonim çar Vaqarşaqın guya "sifarişi" ilə suriyalı anonim alim Mar Abas Katinaya "Armeniya tarix" yazdıran N.Emin kitabın nəşrindən 23 il keçəndən sonra, yəni Rus İmperator Arxeoloji Cəmiyyətinin 1881-ci ildə Tiflisdə keçirilən V qurultayında Mar Abas Katinanın tarixi şəxsiyyət olmadığını elmi ictimaiyyət qarşısında bəyan edir. Tarixi günahlarını yumağa çalışan N.Emin bu etirafla təkcə “M.Xorenatsi” adında V əsrdə guya “ya­şamış” “erməni tarixinin atası” iddiasını qəbul etmirdi,o, eyni zamanda, qoyulmuş hadisələrin erməni xalqının keçmişi ilə heç bir əlaqəsi olmayn “Armeniya tarixi”nin, sözün əsl mənasında, “şah da­marını” kəsirdi.

Əjdər Tağıoğlu fikrinin davamında yazır ki, N.Emin "Armeniya tarixi" kitabının sonuna əlavə etdiyi "Qeydlər" və "Əlavələr" bölmələrində m.s. V əsrdə başqa bir Arsaklı anonim çarın – Vramşapuxun "köməyi ilə" anonim keşiş Mesrop Maştosa əlifba "ixtira" etdirir.

Müəllif araşdırma apardıqca məlum olur ki, çağdaş erməni yazısının mənşəyini erməni tarixçilərinin və dilçi alimlərinin bəziləri suriyalı Danilin “tapıntı əlifbası” ilə, bəziləri guya Danilə kimi mövcud olmuş “erməni əlifbası” ilə, bəziləri yunan kalliqrafı Rufanla/Ropanosla Mesropun guya “yaratdıqları” “müştərək əlifba” ilə əlaqələndirir. Bəziləri də daha fantastik uydurmalara əl atırlar. Onların fikrincə, "Əlifba"nın 22 hərfini "şəxsən" Mesropun özü “yaratdıqdan” sonra əlavə olaraq, guya o, Allaha ibadət edir və “Allah onun gözü qarşısında 14 hərf canlandırır” və bununla da “Mesrop əlifbası" dini möcüzənin nəticəsində tamamlanmış olur.

Keşiş Vardan (XIII) yazır ki, suriyalı Danilin tapdığı 22 hərf "bizim dilimizdə səslərin ifadəsi üçün çatmırdı. Mesrop "Allaha dualar etdikdən sonra 14 hərf onun gözləri qarşısında canlandı. "

Maraqlı cəhət odur ki,görkəmli erməni dilçi alimi A.Martriosyan "erməni əlifbası"nın "banisi", Ön Qafqaza guya "yazı mədəniyyəti" gətirmiş şəxsiyyət kimi Mesrop Maştosa 1962-ci ildə keçirilən 1600 illik yubileyinə  həsr etdiyi əsərində tarixi maddi sübuta,mötəbər yazılı qaynaqlara, elmi məntiqə söykənmək əvəzinə, keşişin tarixdə baş verməmiş dini-mistik uydurmasını qəbul edərək, onu cahilcəsinə Allaha üz tutmaqla real həqiqətə çevrildiyinə inanc gətirir.

 A. Martriosyan yazır: “O, (Maştos – Ə.T.) xalqına xeyirxahlıqla kömək etmək üçün Edessada bir çox məhrumiyyətlərə dözdü və Allah da ona xoşbəxtlik qismət etdi: Maştos erməni əlifbasını yaratdı.”

Erməni dilçi alimi bu cümlədə keşiş babalarının düşüncəsi ilə cahilcəsinə "erməni əlifbası"nın "Maştos-Allah" "müştərək"liyindən "yarandığını" iddia edir. Bu fikir, müxtəlif məzmunda olsa da, çağdaş erməni dilşünaslığında kardinal qırmızı xətt kimi keçir.

Ancaq dünyanın bir sıra görkəmli  linqvist-dilçi alimləri çağdaş "erməni yazısı"nin mənşəini bir çox xalqlara aid yazı ilə – “Avesta”, pers dilinə tərcümədə "Zend Avesta", San-Skrit, efiopiya.,  yunan, suriya, Danil, finikiya, palmir, yevrey, həbəş, estranqel, kopt, xaldey, semitdilli  yazı və başqa yazı nümunələri ilə əlaqələndirirlər.

Əjdər Tağıoğlunun Nikitin Emindən gətirdiyi fikir mütəxəssis alimlərin gəldikləri ziddiyyətli,mücərrəd, dolaşıq nəticələrə tarixilik baxımından aydınlıq gətirmiş olur. Erməni keşiş tarixçi  “qrabara” işarə ilə yazır: “Qədim dövrlərdə ermənilər (burada söhbət kilsədən gedir-Ə.T.) işarələrdən,başqa sözlə, heroqliflərdən istifadə etmişlər.Sonralar parsların hərf işarələrindən,başqa sözlə,Zend (burada Bertelsin dediyi kimi,I Xosrovun (m.s.531-578) dövründə tərcüməsi başa çatmış “Avesta”nın təfsiri olan “Zend Avestaya” işarədir – Ə.T.) yazısından istifadə etmişlər.”.

"Mesrop əlifbası" mifinin banisi olan Nikitin Eminin son nəticədə söylədikləri təkcə tarixin tanımadığı, heç bir mənbədə yazı izi olmayan "Əlifba"nı təkzib etmirdi, eyni zamanda, çağdaş "erməni yazısı"nın mənşəinin yaradıcı ağıldan uzaq olan erməni babalarına aid olmadığını etiraf etməkdən başqa yolu qalmadığını aşkara qoyurdu.O, yazır: “Məlumdur ki, məşğul olduğumuz erməni ədəbiyyatında qədim əlifbanın tərtib edilməsinə və təkmilləşdi­rilməsinədək Armeniyada suriya, pars və yunan yazısından istifadə olunurdu”..

Əjdər Tağıoğlu Nikitin Eminin sonda gəldiyi nəticəni tarixi kontekstdə aydınlaşdırmaq üçün tarixi fakta söykənir. O, yazır ki, erməni tarixçilərinin "Armeniya" adlandırdıqları ölkənin erməni xalqının babalarına heç bir aidiyyəti yoxdur. Onlar anonim keşiş M. Xorenatsinin adına istinad edilmiş "Armeniya tarixi"ndə verilən kilsə rəvayətləri ilə iki yüz ildən bəri üç qədim türk dövlətlərinin (Biaini,Arme,Part çarlıqlarının) müvəqqəti hərbi-inzibati ərazilərinə daxil edilmş,istər Kiçik Asiyanın, istərsə də Ön Qafqazın hansı ərazilərində yerləşirsə yerləşsin, tarixi dövr, zaman nəzərə alınmadan həmin coğrafiyanı "Armeniya", əhalisini də "armyan" adı altınd dünya elmi ictimaiyyətinin beynini zəhərləmişlər.

Araşdırıcı "Armeniya" anlamının mənşəini təhlilə çəkərək,fikrinin davamında qeyd edir ki,N.Eminin yuxarıda misal gətirdiyi "Armeniya" toponimi Fəratın yuxarı axarında ta qədimdən yerləşmiş "Arme çarlığı"nın rusdilli ədəbiyyatda rus dilinin leksik-semantik formasına uyğunlaşdırılmış şəkilidir. Təxminən iki yüz illik (m.ö. 188 – m.s. 10-cu illər) "Arme çarlığı"nın əsasını qoyan, yunanların Artaksi (m.ö.188-145) adlandırdıqları cəsur döyüşcü, dövrün ağıllı dövlət adamı, mahir hərbi strateqidir. O, Azərbaycan türklərinin Anamayasında iştirak etmiş Mar tayfalarındandır. Anonim keşiş M.Xorenatsinin dili ilə kilsə də ona "Atarpaten əsilzadəsi Mar Artaşes" deyəndə bu tarixi şəxsiyyətin Atarpaten çar sülaləsindən olduğunu xəbər verirdi. Strabon "Coğrafiya" əsərində Artaksinin (Mar Artaşesin) Anadoludan başlayaraq, Ön Qafqaz Oğuz Albaniyasında Alban dənizinin ləpədöyəninədək uzanan geniş bir corafiyanın  fatehliyindən danışır.

Maday imperiyasının və onun süqutundan sonra Əhəmənilər dövründə də imperiyanın 13-cü bölgəsinə aid edilən Arme vilayətində inzibati idarəçilik "Avesta yazısı"nda aparılırdı.

Əjdər Tağıoğlu danılmaz bu tarixi həqiqətə söykənərək fikrin davamında yazır ki, Nikitin Eminin "Armeniyada suriya, pars (“Avesta” – Ə.T.) və yunan yazısından istifadə olunurdu” sözləri real kerçəkliyi təsdiq edirdi.Yazılı mənbələrdən məlumdur ki, Makedoniyalı Aleksandrın məşhur Şərq yürüşünün nəticəsi olaraq yaranmış "Yunan-Selevkilər" imperiyasının III Antiox (m.ö. 223 – 187) dövründə Arme ölkəsi vilayət olaraq, "Suriya-Selevk" çarlığına daxil edildikdən sonra orada dövlət işləri yunan yazısı ilə yanaşı Avesta və Suriya yazısında da aparılırdı.

Araşdırıcının yuxarıda gətirdiyi təkzib edilməz faktlar bir daha sübut edir ki,tarixi şəxsiyyət olmayasan, yunandilli anonim keşiş olasan, nə mənsub olduğun icmanın, nə də Aves­ta mədəniyyətli, Avesta yazılı Qafqaz Oğuz Al­ba­ni­ya­sı­nın min illərdən bəri Zərdüşt inanclı yerli türk əhalisinin dilini bilməyəsən, ona etnik mənsubiyyəti məlum olmayan "Beniamin" adında bir nəfərin "tərcüməsi ilə" ayaqüstü "toplantı" keçirib, guya bircə tayfanın-qarqarların boğaz səsləri əsasında 52 hərfdən ibarət “Əlifba” “tərtib” edəsən – bu mümkünsüzlük, ancaq “erməni möcüzəsi”ndə, erməni şizafreniyasında “mümkündür”!!!

Eyni fikri guya Mesropun Gürcü xalqına da "Əlifba" tərtib etməsi uydurmasınada aid edirik.

Araşdırıcının gətirdiyi maddi faktlar bir daha sübut edir ki, tarixdə  nə "Mesrop Maştos" adında əlifba "ixtiraçısı", nə ermənilərin etnolinqvistikası əsasında sistemə salınmış "erməni əlifbası" olmuşdur, nə də  "erməni yazısı". Ancaq Əjdər Tağıoğlunun kitabında ötən yüz illikdən bərı erməni tarixçi və dilçi alimlərinin elmi ictimaiyyətdən keşişin qara əbası altında gizli saxladıqları bir sir yalnız bu gün aşkar olur. Müəllif yazır ki, yaxın tarixdə yerli əhalinin gözləri qarşısında "erməni yazısı"nın qədim mənşəini gizlətmək üçün Eçmiadzin kilsəsinin təşkil etdiyi qaragüruh dəstənin maddi əsas olmadan "kilsə" adlandırdıqları Atəşgahların kitabələrində Oğuz türklərinin memar xəttatları tərəfindən müqəddəs "Avesta" kəlamlarından oyulmuş  yazı mətnlərini xüsusi qəddarlıqla şikəst etdiyi məlumdur. Burada məqsəd çağdaş “erməni yazısı”nın daha sonralar təkmilləşdirilmiş formasında yaranmış bəzi yenı fonetik fərqləri – erməni boğaz səslərini süni şəkildə əlavə etməkdən ibarət idi.

1828-ci ildən başlayaraq Ön Qafqaza gətirilmiş yarı dilənçı əhalinin adına Eçmiədzində Mərkəzi Rus Kilsəsinin planına uyğun olaraq, rəsmi dövlət sənədlərində xristian məbədləri kimi inventarlaşdırılmış Oğuz türklərinə aid Atəşgahlar onların məskunlaşdırıldıqları tarixdən yüz illər əvvəl mövcud olmuşdur.

Araşdırıcı fikrinin davamında başqa bir tarixi faktı da nümunə gətirir. Məlum olur ki, Eçmiədzin kilsəsi eyni təxribatı “Van" gölü ətrafında Maday-türk imperiyasının Əhəməni – pers dövrünə aid tapılmış "Avesta" daş yazılarının mətnlərində də aparmışlar.

Əjdər Tağıoğlu "Avesta yazısı"nın kilsədə köçürülmüş üzünün "erməni yazısı" adlandırılmasının tarixi səbəbinə geniş araşdırmada aydınlıq gətirir. O,yazır: "Vəhşi çöllərdən gələn, yazı-pozudan xəbərsiz ərəb ordusu min illərlə ata-babadan atəşpərəst olan Azərbaycan türklərini "qılınc müsəlmanı"na çevirdikləri dövrdə gələcək nəsillərə qədimdən qədim Ata tarixini unutdurmaq məqsədi ilə "Avesta" ədəbiyyatından tonqallar qaladılar,xalqımızın zəngin mədəniyyət tarixini dünya tarixinin səhifələrindən sildilər. Yunandilli Kilikiya erməni kilsəsində məkrli anonim kilsə şeytanları bu tarixi faciəmizdən riyakarcasına faydalanaraq, fürsəti əldən vermədən, istifadə etdikləri "Avesta yazısı"nı  "erməni yazısı" kimi tarixləşdirdilər."

     Əjdər Tağıoğlunun bu günlərdə Azərbaycan Elmlər Akademiyasının Nəsimi adına Dilçilik İnstitunun Şura qərarı ilə "Elm və Təhsil" nəşriyyatı tərəfindən buraxılmış zəngin maddi faktlarla çağdaş "erməni yazısı"nın "Avesta yazısı"nın üzünün köçürülmüş şəkili olduğunu sübut edən "Mesrop Maştos əlifba ixtiraçısı deyil, fırıldaqçı keşişdir" əsəri Azərbaycan dilşünaslığında tarixi intibahın başlanğıcıdır.

     Tanınmış alimin hər iki qiymətli əsəri – "Moisey Xorenatsi anonim keşiş müəllifdir" (2016-cı il, 127 s.) və "Mesrop Maştos əlifba ixtiraçısı deyil, fırıldaqçı anonim keşişdir"(2017-ci il,141s.) kitabı xarici dillərə tərcümə edilib, dünya elmi ictimaiyyətinə yayılarsa, bu gün ermənipərəst dünyanın qarayaxa, haqsız, ədalətsiz irtica qüvvələri ilə üz-üzə dayanmış Azərbaycanın xarici diplomatiyada əlində ən kəsərli ideoloji silaha çevrilmiş olar.

     Qəti əminəm ki, vətənini, dövlətini qəlbən sevən, Qarabağ faciəmizi yaddaşında yaşadan, ümummilli liderimizin azərbaycançılıq siyasəti naminə hər kəs aidiyyəti təşkilatların qarşısında çağrışıma qoşulacaq.

                                                                                                                       

                                                                                                 Vəli Əliyev

                                                            AMEA-nın müxbir üzvü, tarix elmləri doktoru, professor 

 

 

 

                     

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png