ONN İnformasiya Agentliyi

Azərbaycan-Türkiyə birgə universiteti YARADILIR

Azərbaycan-Türkiyə birgə universiteti YARADILIR
02 Dekabr 2021 - 21:39

“Azərbaycan-Türkiyə birgə universitetinin yaradılması istiqamətində işlərə başlanılıb. İki qardaş ölkənin razılığı ilə ali təhsil ocağının yaradılması ciddi əmək tələb edir”.

ONN media xəbər verir ki, bunu Türkiyə Ali Təhsil Şurasının sədri Erol Özvar deyib.

O qeyd edib ki, bu məsələ bir qədər vaxt tələb edir:

“Çalışacağıq ki, yaxın gələcəkdə bu məsələni həll edək. Azərbaycanda universitet açmağı planlaşdırırıq. Türkiyənin ən tanınmış ali məktəbləri ilə əməkdaşlıq ediləcək. Bu, bir ilkdir. Bəlkə də dünya təcrübəsində belə fakt var, amma mən məlumatsızam. Yeni modellə bu ali təhsil müəssisəsini quracağıq”.

Özvar ortaq universitetin yaradılması planının iki ölkə başçılarının ortaq istəyi ilə yaradılacağını xatırladıb.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png