ONN İnformasiya Agentliyi

Buraxılış imtahanlarının TARİXİ AÇIQLANDI

Buraxılış imtahanlarının TARİXİ AÇIQLANDI
02 İyun 2020 - 23:37

IX VƏ XI siniflər üçün buraxılış imtahanları 6 və 7 iyun tarixlərindən başlamaqla hər həftə sonu keçiriləcək.

ONN media  xəbər verir ki, qeyd olunan tarixlərdə imtahan keçiriləcək rayon və şəhərlərin siyahısı, həmçinin imtahana buraxılış vərəqələri Dövlət İmtahan Mərkəzinin saytında yerləşdirilib.

Növbəti həftə sonunun imtahan qrafiki və imtahana buraxılış vərəqələri mütəmadi olaraq hər həftənin əvvəli sayta yerləşdiriləcək. Bundan sonra imtahan verəcək şagirdlər (abituriyentlər) qrafikə uyğun olaraq öz imtahan tarixini müəyyən edə və buraxılış vərəqələrini çap edə biləcəklər.

Hazırda saytda yalnız 6 və 7 iyun tarixlərində imtahan verəcək şagirdlərin (abituriyentlərin) imtahan tarixləri və imtahana buraxılış vərəqələri yerləşdirilib.

Növbəti həftə imtahan verəcək şagirdlərin (abituriyentlərin) imtahana buraxılış vərəqələri müvafiq həftənin əvvəlində saytımıza yerləşdiriləcək.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png