ONN İnformasiya Agentliyi

Çində oxumaq istəyənlər üçün ŞANS

Çində oxumaq istəyənlər üçün ŞANS
28 Noyabr 2019 - 20:26

Çin Xalq Respublikası 2020-2021-ci tədris ili üçün təqaüd proqramı elan edib.

Təhsil Nazirliyindən ONN media -ya verilən məlumata görə, təqaüd proqramı “Azərbaycan Respublikasının Təhsil Nazirliyi ilə Çin Xalq Respublikasının Təhsil Nazirliyi arasında 2016-2019-cu illər üçün təhsil sahəsində əməkdaşlıq haqqında Saziş”ə əsasən həyata keçirilir.

Proqram hər iki ölkənin vətəndaşlarına tələbə mübadiləsi əsasında qarşı ölkənin ali məktəblərində müəyyən edilmiş ixtisaslar üzrə təhsil almaq imkanı yaradır.

Təqaüd proqramına sənəd qəbulu 23 dekabr 2019-cu il tarixinə kimi aparılacaq.

Tələbələrin təqaüd proqramına qəbulu ilə bağlı yekun qərarın 2020-ci ilin iyul ayı ərzində təqdim olunması gözlənilir.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png