ONN İnformasiya Agentliyi

Dərslər bu tarixdən başlayacaq: onlayn, yoxsa canlı?

Dərslər bu tarixdən başlayacaq: onlayn, yoxsa canlı?
23 İyul 2020 - 13:13

Hazırda qüvvədə olan qərara görə, 15 sentyabrda yeni tədris ili başlayır.

ONN media xəbər verir ki, bunu təhsil eksperti Kamran Əsədov qeyd edib. O bildirib ki, hazırda dərslərin hansı formada təşkili ilə bağlı xüsusi qərar yoxdur:

“Baş nazirin son qərarı ilə 30 mayda 2019-2020-ci tədris ili başa çatıb. 2020-2021-ci tədris ilində dərslərin başlanması, hansı formada təşkili ilə bağlı xüsusi qərar yoxdur. Deməli, qüvvədə olan qanunvericiliyə görə, 2020-ci ilin 15 senytabrında ənənəvi formada tədris ili başlayacaq. Bunun əksini ifadə edəcək qanun-qərar hələ ki, yoxdur, verilməyib. Amma mövcud pandemiyanın tədris ilinin başlamasına və tədrisin həyata keçirilmə formasına təsiri danılmaz və qaçılmazdır”.

Ekspert yeni tədris ilinin başlama vaxtı və təşkil olunma formaları barədə bir sıra təkliflər irəli sürüb:

“Yeni tədris ili 1 sentyabrda başlaya bilər. Sentyabr ayı yalnız əvvəlki ildə keçirilməli olan mövzulara həsr oluna bilər. Nəzərə alsaq ki, dərsliklər şagirdlərdə qalıb, bu, mümkündür.

Tədrisin təşkil olunma formaları:

1. Ənənəvi qaydada: Hamı əvvəlki illərdə olduğu kimi dərsə başlayır.

2. Onlayn qaydada. 4447 orta ümumtəhsil məktəbində təhsil alan 1.6 milyon şagird dövlət tərəfindən planşet və internetlə təmin olunur, hər kəs üçün onlayn dərslər əlçatan olur.

3. Həm ənənəvi, həm də onlayn. Yəni: a) Dərslər həftə ərzində hər gün olmamalıdır. Şagird sıxlığını minimuma endirmək lazımdır. Belə ki, 1-3-5-7-9-11-ci sinif şagirdləri məktəblərə 1-3-5-ci günlər, geri qalan siniflər isə 2-4-6-cı günlər gəlməlidir. Bu zaman dərslər şagirdlər məktəbə gələn günlərdə keçirilməli, tapşırıqların yoxlanılması və bu kimi fəaliyyətlər onlayn olmalıdır;

a) Dərslərin müddəti də azaldılmalıdır. Belə ki, I-IV siniflər 25 dəqiqə, V-IX siniflər 30 dəqiqə, X-XI siniflər 35 dəqiqə dərs keçməlidirlər;

c) Siniflərdə şagirdlərin sayı I-IX siniflərdə 20 nəfər, X-XI siniflərdə 15 nəfərdən çox olmamaqla təşkil edilməlidir;

d) Dəslərin başlama saatları 3 növbəli, tamamilə fərqli olmalıdır. Belə ki, I-IV siniflər üçün dərslər saat 08.00-dan 11.00-a qədər, V-IX siniflər üçün 12.00-dan 15.00-a qədər, X-XI siniflər üçün 16.00-dan 19.00-a qədər. Əlbəttə ki, şagird sayı az olan məktəblərdə bu, dəyişə bilər”.

K.Əsədov növbələr arasında məktəblərin tam şəkildə dezinfeksiya olunmasının və lazımi qabaqlayıcı tədbirlərin görülməsinin vacib olduğunu qeyd edib.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png