ONN İnformasiya Agentliyi

Doktorant olmaq istəyənlərin NƏZƏRİNƏ

Doktorant olmaq istəyənlərin NƏZƏRİNƏ
16 Aprel 2024 - 11:15

Doktorantura səviyyəsi üzrə elektron sənəd qəbuluna başlanılıb.

ONN media xəbər verir ki, sənəd qəbulu portal.edu.az vasitəsilə aparılır.

Xidmət sayəsində Təhsil Mərkəzləşdirilmiş İnformasiya Sisteminə qoşulmuş ali təhsil müəssisələrinə, elmi müəssisə və təşkilatlara doktorantura üzrə qəbul olmaq istəyənlər “Şəxsi kabinet” vasitəsilə elektron formada müraciət edə, cari status və növbəti addımları izləyə biləcəklər.

Müraciətlərinə müəssisələr tərəfindən müsbət rəy verilən şəxslər xarici dil imtahanında iştirak hüququ qazanacaqlar.

Sənəd qəbulu prosesi mayın 15-i saat 18:00-da başa çatacaq.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png