ONN İnformasiya Agentliyi

Orta məktəblərin statusu dəyişəcək

Orta məktəblərin statusu dəyişəcək
03 Mart 2018 - 22:18

"Milli Məclisin Elm və Təhsil komitəsinin 2018-ci il qanunverici işlər planına "Orta ümumtəhsil məktəbləri haqqında” yeni qanun layihəsinin hazırlanması daxil edilib. Hesab edirəm ki, bu qanun layihəsi Azərbaycan təhsilinə öz müsbət töhfəsini verəcək”.

ONN media Sfera.az-a istinadən bildirir ki, bunu AzEDU-ya açıqlamasında Milli Məclisin Elm və təhsil komitəsinin sədri İsa Həbibbəyli deyil.

Deputat bildirib ki, yeni qanun layihəsində orta ümumtəhsil məktəblərinin statusu müəyyənləşəcək.

"Azərbayacanda gimnaziya, özəl, dövlət orta ümumtəhsil məktəbləri fəaliyyət göstərir.  Yeni qanun layihəsində isə bunların statusu müəyyənləşəcək . Bu sənəddə həmçinin müəllim-şagird, müəllim-cəmiyyət münasibətləri öz əksini tapacaq. Bundan əlavə, yeni qanun layihəsində özəl  ümumtəhsil məktəblər barədə xüsusi müddəalar olacaq”.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png