ONN İnformasiya Agentliyi

Sənəd qəbulu başa çatdı

Sənəd qəbulu başa çatdı
06 Fevral 2018 - 13:26

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) 2017-ci il üçün fəlsəfə doktoru və elmlər doktoru hazırlığı üzrə doktorantura və dissertanturaya Azərbaycan Milli Elmlər Akademiyasının elan etdiyi sənəd qəbulu başa çatdı.

Bu barədə ONN media APA-ya istinadən xəbər verir ki,bu məlumatı AMEA Rəyasət Heyəti aparatının Elm və Təhsil İdarəsinin rəisi, AMEA-nın müxbir üzvü Əminağa Sadıqov verib.

Onun sözlərinə görə, fəlsəfə doktoru proqramı üzrə əyani doktoranturaya 115 plan yerinə 183 nəfər ərizə verib: “Fəlsəfə doktoru üzrə qiyabi doktoranturaya plan yerləri ayrılmayıb. Elmlər doktoru proqramı üzrə həm əyani, həm də qiyabi doktoranturaya ümumilikdə 39 plan yerinə 47 nəfər ərizə təqdim edib”.

İdarə rəisi bildirib ki, fəlsəfə doktoru proqramı üzrə dissertanturaya 181 plan yerinə 288 nəfər, elmlər doktoru proqramı üzrə dissertanturaya isə 110 plan yerinə 141 nəfər tərəfindən ərizə təqdim olunub.

Ə. Sadıqov qeyd edib ki, doktoranturaya qəbul imtahanları fevral ayında keçiriləcək: “Eyni zamanda Akademiyanın institutlarının Elmi şuralarında dissertanturaya qəbul aparılacaq və nəticələr Rəyasət Heyətinə təqdim ediləcək”.

Qeyd edək ki, AMEA Nazirlər Kabinetinin 2017-ci il 20 dekabr tarixli sərəncamı ilə təsdiq olunmuş Plana əsasən, 2017-ci il üçün fəlsəfə doktoru və elmlər doktoru hazırlığı üzrə doktorantura və dissertanturaya qəbul elan edib. Sənəd qəbulu 2017-ci il dekabrın 27-dən 2018-ci il yanvarın 27-dək aparılıb.  

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png