ONN İnformasiya Agentliyi

Təhsil Nazirliyindən şagirdlərə ŞAD XƏBƏR

Təhsil Nazirliyindən şagirdlərə ŞAD XƏBƏR
31 Mart 2020 - 19:38
Təhsil Nazirliyi yeni “Virtual məktəb” layihəsini təqdim edir.

ONN media xəbər verir ki, layihə barədə təhsil eksperti Kamran Əsədov məlumat verib. O deyir ki, “Virtual məktəb” layihəsi Təhsil Nazirliyi və “Microsoft” korporasiyası arasında əməkdaşlıq çərçivəsində həyata keçirilir.

”Hər bir şagird “Virtual məktəb” portalında qeydiyyatdan keçərək öz yaşına uyğun sinfə təyin olunacaq və müəllimlər tərəfindən həftəiçi teledərslərdə tədris olunmuş mövzulara uyğun hazırlanmış ev tapşırıqlarını yerinə yetirəcəklər.“Virtual məktəb” portalında onlayn dərslərin keçirilməsi üçün də imkan yaradılacaq. Eyni zamanda, şagirdlər yoldaşları ilə görüntülü və səsli əlaqə yaratmaq üçün “Chat” funksiyasından istifadə edə biləcəklər.”

Qeyd edək ki, portalda qeydiyyat 02 aprel tarixindən başlayır.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png