ONN İnformasiya Agentliyi

Xarici dildə təhsil alan şagirdlər nəzərinə – YENİ QƏRAR VERİLDİ

Xarici dildə təhsil alan şagirdlər nəzərinə – YENİ QƏRAR VERİLDİ
17 Fevral 2020 - 21:26

Nazirlər Kabineti “Ümumi təhsil pilləsində təhsilalanların yekun qiymətləndirilməsinin (attestasiyasının) aparılması Qaydaları”nda dəyişiklik edib.

ONN media bildirir ki, bununla bağlı qərarı Baş Nazir Əli Əsədov imzalayıb.

Nazirlər Kabineti dəyişikliyi Dövlət İmtahan Mərkəzinin təklifinə əsasən qərara alıb.

Qərarda qeyd olunub ki, Azərbaycan dili istisna olmaqla, tədris digər dillərdə aparılan ümumi təhsil müəssisələrində təhsil alan şagirdlər ümumi orta və tam orta təhsil səviyyələri üzrə buraxılış imtahanı çərçivəsində Azərbaycan dili (dövlət dili kimi) fənnindən ayrıca imtahan verirlər.

İmtahanda şagirdlərə Azərbaycan dili (dövlət dili kimi) fənnindən 30 tapşırıq təqdim edilir. Şagirdlərin toplaya biləcəyi maksimal bal 100 baldır. Bu vaxtadək imtahanın davametmə müddəti 45 dəqiqə idi.

Qərarla imtahanın davametmə müddəti 45 dəqiqədən 1 saat 30 dəqiqəyədək artırılıb.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
Şərhlər
Şərh yoxdur
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png