Unutmayaq, unutdurmayaq!
31 yanvar Azərbaycanın görkəmli teatr və kino aktyoru, SSRİ xalq artisti Ələkbərov Ələsgər Hacıağa oğlunun vəfat etdiyi gündür.
Ələsgər Ələkbərov 26 mart 1910-cu ildə Bakıda anadan olub. Məktəbdə oxuduğu illərdə Əbilov klubundakı dram dərnəyinə getməyə başlayıb.
1927-1930-cu illərdə Bakıdakı Teatr Texnikumunda təhsil alıb. Sonra Bakı Türk İşçi Teatrında çalışıb, burada Hacı Baxşəli ("Ölülər"), ikinci bələdiyyə ("Hücum") kimi yaddaqalan obrazlar yaradıb. 1933-cü ildə Bakı Türk İşçi Teatrı Gəncəyə köçürülərkən Bakıdan Gəncəyə köçüb.
Bir neçə il Tbilisi Azərbaycan Teatrında, Kirovabad Teatrında çalışıb, 1933-cü ildən Akademik Dram Teatrında işləməyə başlayıb. Teatrda Maktuf ("Maqbet"), şah Zeyir ("Şahnamə"), Aydın ("Aydın"), Heydərbəy ("1905-ci ildə"), Fərhad ("Fərhad və Şirin") və s. onlarla rol oynayıb. Yaratdığı iki obraz - Vaqif ("Vaqif") və Otello ("Otello") yaradıcılığının zirvəsi hesab olunur. Aktyor həm də bir sıra filmlərdə rol alıb. Dovjenko adına Kiyev kinostudiyasında çəkilən "Varislər" filmində don Aqilla rolunu uğurla oynayıb (1960). Azərbaycan kinosunda Rüstəm kişi ("Böyük dayaq"), Fətəli xan ("Fətəli xan") kimi yaddaqalan rollarda oynayıb. "Lətif", "Almaz", "Kəndlilər", "Leyli və Məcnun", "Uzaq sahillərdə" filmlərində rollar alıb. 1961-ci ildə SSRİ xalq artisti adına layiq görülüb.
Allah rəhmət eləsin.



31 yanvar Ələsgər Ələkbərovun vəfat etdiyi gündür
6 yanvar İsmayıl Dağıstanlının doğulduğu gündür
6 yanvar İsmayıl Dağıstanlının doğulduğu gündür
6 yanvar İsmayıl Dağıstanlının doğulduğu gündür
Ələsgər Ələkbərov
22 may Mehdi Məmmədovun doğulduğu gündür
22 may Mehdi Məmmədovun doğulduğu gündür
9 fevral Ələsgər Məmmədoğlunun vəfat etdiyi gündür
Bu gün Möhsün Sənaninin vəfat etdiyi gündür
11 fevral Möhsün Sənaninin vəfat etdiyi gündür
9 fevral Ələsgər Məmmədoğlunun doğulduğu gündür
Bu gün Ələsgər Məmmədoğlunun vəfat etdiyi gündür
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 