Unutmayaq, unutdurmayaq!
3 mart (1912 – 2001) yazıçı, nasir, tərcüməçi, Azərbaycan Yazıçılar Birliyinin üzvü olmuş, geologiya-mineralogiya elmləri namizədi, dosent, Azərbaycan Respublikası Əməkdar Mədəniyyət Xadimi - Manaf Fərəc oğlu Süleymanovun doğulduğu gündür.
Süleymanov Manaf Fərəc oğlu 1912-ci ildə Lahıc qəsəbəsində anadan olub.
O, pedaqoji təmayüllü Bakı şəhər məktəbini müvəffəq qiymətlərlə başa vurub, Azərbaycan Neft-Kimya İnstitutunun geoloji kəşfiyyat fakültəsini birinci dərəcəli fərqlənmə diplomu ilə bitirib, 1949-cu ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, geologiya-mineralogiya elmləri namizədi, dosent, Əməkdar mədəniyyət işçisi olub.
Əmək fəaliyyətinə Qaradağ neft-qaz mədənində mühəndislikdən başlayıb, neft-qaz geologiyası kafedrasının dosenti olmuş bu alim ədəbiyyatımıza “Yerin sirri” adlı romanla gəlib. İngilis dilindən bədii tərcümələr edib, dövri mətbuatda gözəl publisistik-problematik məqalələr çap etdirib. Oxucular onun tərcüməsində C.London, C.Steynbek, O’Henri, P.Abrahams, S.Moem kimi görkəmli yazıçıların əsərlərilə tanış olublar.
Yazıçını bizə sevdirən isə onun sənədli materiallar, xatirələr əsasında qələmə aldığı Bakının tarixi, xüsusən, Bakı milyonçuları, qoçuları, habelə Azərbaycan Xalq Cümhuriyyətinin görkəmli simaları haqqında elmi-publisistik yazıları və kitabları oldu. Bu kitabların ara-ərsəyə gəlməsi üçün müəllif 30 il arxivlərdə yorulmadan çalışaraq məlumatları ipə-sapa düzüb. “Fırtına”, “Zirvələrdə”, “Dalğalar qoynunda”, “Şagirdlik illərim” və s. kimi bir çox ədəbi-publisistik və sənədli əsərlər müəllifi olan bu yorulmaz ədib-vətəndaşın “Eşitdiklərim, oxuduqlarım, gördüklərim”, “Son bahara çatdıq”, “Neft milyonçusu”, “Şərqdə ilk demokratik Cumhüriyyət” və s. əsərlər bu qəbildəndir.
Özünəməxsus ifadə üslubu, hadisələrə yanaşma tərzi yazıçının bütün əsərlərini daha oxunaqlı və oxucuya yaxın edir. Oxucu sanki həmin dövrün şahidinə və hadisələrin iştirakçısına çevrilir.
Manaf Süleymanov 2001-ci ilin sentyabrın 12-də Bakı şəhərində vəfat edib.
Allah rəhmət eləsin.



3 mart Manaf Süleymanovun doğulduğu gündür
Manaf Suleymanovu UNUTMADIQ!
Manaf Suleymanov
12 sentyabr – Manaf Süleymanovun vəfat etdiyi gündür
12 sentyabr - Manaf Süleymanovun vəfat etdiyi gündür
26 iyul-İsmayıl Şıxlının vəfat etdiyi gündür
26 İYUL İSMAYIL ŞIXLININ VƏFAT ETDİYİ GÜNDÜR
Mirəli Qaşqay 7 yanvarda doğulub
22 mart İsmayıl Şıxlının doğulduğu gündür
16 avqust - Bəxtiyar Vahabzadənin doğulduğu gündür
Bu gün İsmayıl Şıxlının doğulduğu gündür
26 iyul İsmayıl Şıxlının vəfat etdiyi gündür
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 