Unutmayaq, unutdurmayaq!
26 aprel (05.05.1918 - 26.04.1992) Azərbaycan Yazıçılar Birliyinin üzvü olmuş, tənqidçi, ədəbiyyatşünas, filologiya elmləri doktoru, professor,
Azərbaycanın Əməkdar elm xadimi, Azərbaycan milli yaradıcılıq akademiyasının müxbir üzvü, Azərbaycanda mifologiya məktəbinin əsasını qoymuş və inkişaf etdirmiş Seyidov Mirəli Mir Ələkbər oğlunun vəfat etdiyi gündür.
Mirəli Seyidov 1918-ci il may ayının 5-də Qərbi Azərbaycanın İrəvan şəhərində anadan olub. Qədim Türk yurdu İrəvanda ibtidai məktəbi, sonra Bakıda Hidromeliorasiya texnikumunu bitirmişdi. Ali təhsilini İrəvan Pedoqoji İnstitutunun Azərbaycan bölməsində və Ermənistan Dövlət Universitetinin Şərq şöbəsində alan Mirəli Seyidov təhsilini başa vuran kimi Bakıya gəlmiş, Ədəbiyyat Muzeyində şöbə müdiri, sonralar Nizami adına Dil və Ədəbiyyat İnstitutunda müxtəlif vəzifələrdə çalışmışdır.
Mirəli Seyidov qədim türk abidələrininn öyrənilməsi yolu ilə ilkin türk mifologiyasının meydana çıxması haqqında dəyərli fikirlər söyləmiş, onu elm kimi sistemləşdirmişdir. Böyük alim türk xalqlarına aid mifoloji onqonları, tanrıları və inamları öyrənərək türk xalqlarının mifoloji-fəlsəfi, bədii təfəkkür aləminin inkişaf edib gəldiyi mürəkkəb yolları aydınlaşdırmağa müvəffəq olmuşdur.
Mirəli Seyidov 26 aprel 1992-ci ildə Bakı şəhərində vəfat etmişdi.
Allah rəhmət eləsin. Ruhu şad olsun.



Bu gün Mirəli Seyidovun vəfat etdiyi gündür
Mirəli Seyidov
5 may Mirəli Seyidovun doğulduğu gündür
Mirəli Qaşqay 7 yanvarda doğulub
Bu gün Bəxtiyar Vahabzadənin vəfat etdiyi gündür
13 fevral Bəxtiyar Vahabzadənin vəfat etdiyi gündür
Görkəmli alim Yusif Seyidovu unutmadıq
16 avqust - Bəxtiyar Vahabzadənin doğulduğu gündür
Aydın Abiyev vəfat etdi
Mirəli Qaşqay
Bəxtiyar Vahabzad
23 aprel Mirəli Qaşqayın vəfat etdiyi gündür
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 