1918-ci ilin 28 may günü xalqımızın təkçə qanlı Rusiya imperiyasının bir əsirlik müstəmləkə əsarətindən azad olaraq, Azərbaycanın azadlıq və müstəqillik mübarizəsi tarixinə qızıl hərflərlə həkk olunmuş, milli qürur hissi duyduğumüz müqəddəs gün deyil. Xalqımız, 1918-ci ilin 28 may günü Azərbaycan Milli Şurasının iclasında İstiqlal Bəyannaməsi qəbul edilməklə, Azərbaycanın şimal torpaqlarında Şərqdə və bütün Türk dünyasında ilk demokratik, dünyəvi dəyərlərə söykənən parlament respublikası - Azərbaycan Xalq Cümhuriyyəti qurmaqla nəinki şanlı tariximizin ən şərəfli səhifəsini yazdı, eyni zamanda dünya sivilizasiya tarixinin inkişafına, dünyada demokratiyanın inkişafına öz əvəzedilməz töhvəsini vermiş oldu.
28 may gününü müqəddəsləşdirən Vətən övladlarını xatırlatmağı özümə borc bildim.
Tarixi xronologiyada 1918-ci il mayın 27-də Müsəlman Fraksiyasının, yəni Zaqafqaziya müsəlman şurasının (Zaqafqaziya müsəlman parlamentinin) üzvləri də ayrıca iclas keçirdilər və Azərbaycanın müstəqilliyini elan etmək qərarına gəldilər.
Zaqafqaziya müsəlman şurası özünü Azərbaycan Milli Şurası - Azərbaycan Parlamenti elan etdi. Bu tarixi bir addım idi. Bu addımla əslində Azərbaycanın tarixində ilk parlament yarandı və ilk parlamentli respublikanın bünövrəsi qoyuldu. Həmin iclasda Azərbaycan Milli Şurasının rəyasət heyəti və sədri seçildi. M. Rəsulzadə Milli Şuranın sədri oldu. Mayın 28-də Həsən bəy Ağayevin sədrliyi ilə Azərbaycan Milli Şurasının tarixi iclası keçirildi. İclasda iştirak edən Həsən bəy Ağayev (sədr), Mustafa Mahmudov (katib), Fətəli xan Xoyski, Xəlil bəy Xasməmmədov, Nəsib bəy Yusifbəyli, Mir Hidayət Seyidov, Nəriman bəy Nərimanbəyov, Heybət Qulu Məmmədbəyov, Mehdi bəy Hacinski, Əli Əskər bəy Mahmudbəyov, Asian bəy Qardaşov, Sultan Məcid Qənizadə, Əkbər Ağa Şeyxülislamov, Mehdi bəy Hacıbababəyov, Məmməd Yusif Cəfərov, Xudadat bəy Məlik-Aslanov, Rəhim bəy Vəkilov, Həmid bəy Şahtaxtinski, Firudun bəy Köçərlinski, Camo bəy Hacınski, Şəfi bəy Rüstəmbəyov, Xosrov Paşa bəy Sultanov, Cəfər Axundov, Məhəmməd Məhərrəmov, Cavad Məlik-Yeqanov və Hacı Molla Səlim Axundzadə Azərbaycanın İstiqlal Bəyannaməsini qəbul etdilər.
Bəli, Azərbaycan Xalq Cümhuriyyəti cəmi 23 aydan sonra qanlı Rus imperiyasının tarixə yeni adda daxil olmaqda olan bolşeviklər tərəfindən süquta yetrilsə də, Azərbaycan Xalq Cümhuriyyəti gərgin və mürəkkəb ictimai-siyasi şəraitdə fəaliyyət göstərdiyi cəmi 23 ay ərzində, bizlərə əbədiyyətə qədər şərəf duymağı qazandırdı.
Bu amala axıra qədər sadiq qalan və adları qeyd edilməyən xidmətləri olan bütün Vətən övladlarına Allahdan rəhmət diləyirik. Cümhuriyyətin qutlu olsun, VƏTƏN!
Cavid İsmayıl.



Bu gün Azərbaycanda Müstəqillik Günü
Ölkəmizin Müstəqillik Günüdür
102 yaşlı müstəqilliyimiz!
Bu gün Azərbaycanda Müstəqillik Günü qeyd olunur
Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasından 103 il ötür
Yaşa, yaşa, çox yaşa, ey şanlı Azərbaycan!
Bu gün Məhəmməd Əmin Rəsulzadənin doğum günüdür
Bu gün Məhəmməd Əmin Rəsulzadənin doğulduğu gündür
Bu gün Məhəmməd Əmin Rəsulzadənin vəfat etdiyi gündür
6 mart Məhəmməd Əmin Rəsulzadənin vəfat etdiyi gündür
İlham Əliyevdən Müstəqillik Günü ilə bağlı qərar
Məhəmməd Əmin Rəsulzadənin doğum günüdür
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 