Unutmayaq, unutdurmayaq! 23 sentyabr (1939-2015) şair, tərcüməçi, Azərbaycan Yazıçılar Birliyinin üzvü (1981-ci il), Azərbaycan Respublikasının Əməkdar Mədəniyyət İşçisi Məmməd Aslanın vəfat etdiyi günüdür. Məmməd Aslan 1939-cu il dekabrın 24-də Azərbaycanın Kəlbəcər rayonunun Laçın kəndində ziyalı ailəsində anadan olmuşdur. Klassik ədəbiyyata dərin bələd olan atasının gözəl şeir demək təbi olsa da, onları çap etdirməmişdir. Lakin bunlar kiçik yaşlı oğlunda şeirə-sənətə tükənməz həvəs oyatmışdır. Kəlbəcər qəsəbəsində (indi şəhərdir) orta məktəbi bitirdikdən sonra APİ-nin filologiya fakültəsində təhsil almışdır (1957-1962). Əmək fəaliyyətinə Kəlbəcər rayonundakı Yanşaq, İstisu kənd məktəblərində müəllim kimi başlamışdır. O, Kəlbəcər qəsəbəsində bir müddət müəllimlik etdikdən sonra rayonda nəşr olunan çoxtirajlı "Yenilik" qəzeti redaksiyasında məsul katib işləmişdir. 1970-ci ilin axırlarında Bakıya köçmüş, burada "Ulduz", "Azərbaycan təbiəti" jurnallarında, "Azərbaycan gəncləri", "Ədabiyyat və incəsənət" qəzeti redaksiyalarında çalışmış, "Yazıçı" nəşriyyatında böyük redaktor olmuşdur. Azərbaycan Dövlət Teleşirkətinin, "Ekran-Efir" qəzetinin baş redaktoru olmuşdur. Allah rəhmət eləsin.
Bu gün Məmməd Aslanın vəfat etdiyi günüdür



23 sentyabr Məmməd Aslanın vəfat etdiyi günüdür
24 dekabr Məmməd Aslanın doğulduğu gündür
Məmməd Aslan
Unudulmaz Məmməd Aslan
Məmməd Aslansız bir ildə keçdi
25 dekabr Məmməd Dəmirçioğlunun vəfat etdiyi gündür
25 DEKABR MƏMMƏD DƏMİRÇİOĞLUNUN VƏFAT ETDİYİ GÜNDÜR
Bu gün Məmməd Dəmirçioğlunun vəfat etdiyi gündür
Bu gün Osman Sarıvəllinin doğulduğu gündür
17 dekabr Osman Sarıvəllinin doğulduğu gündür
4 iyul Məmməd Dəmirçioğlunun doğulduğu gündür
4 İyul Məmməd Dəmirçioğlünün doğulduğu gündür
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 