Unutmayaq, unutdurmayaq! Ağahüseynov Elxan Ağahüseyn oğlu 8 dekabr 1942-ci ildə Bakıda anadan olmuşdur. Tələbə ikən 1960-cı ildə Akademik Milli Dram Teatrına işə qəbul edilmişdir. Elxan Ağahüseynoğlu qırx ildən çox Akademik Milli Dram Teatrının aktyorudur. O, bu illər ərzində çox səmərəli fəaliyyət göstərib və ən müxtəlif janrlı tamaşalarda əlvan və rəngarəng, bədii tip kimi çox xarakterli rollar oynayıb. Məşhur teatr aktyoru E. Ağahüseynoğlu Azərbaycan Dövlət Televiziyasında hazırlanmış onlarca tamaşada oynamışdır. Aktyor "Axırıncı aşırım", "Ömrün səhifələri", "Dantenin yubileyi", "Qəm pəncərəsi" bədii filmlərinə çəkilib. Elxan Ağahüseynoğlu aktyorluq sənətində qazandığı nailiyyətlərə görə 1991-ci ildə Azərbaycan Respublikasının Əməkdar Artisti, 2002-ci ildə isə Xalq Artisti fəxri adları ilə təltif olunub. Prezident təqaüdçüsüdür. Elxan Ağahüseynoğlu 2 avqust 2009-cu ildə vəfat etmişdir. Allah rəhmət eləsin!
8 dekabr Elxan Ağahüseynoğlunun doğum günüdür



8 dekabr Elxan Ağahüseynoğlunun doğulduğu gündür
Elxan Ağahüseynoğlunu UNUTMADIQ!
Xalq Artisti Elxan Ağahüseynoğlu
21 dekabr Ələsgər Məmmədoğlunun vəfat etdiyi gündür
9 fevral Ələsgər Məmmədoğlunun vəfat etdiyi gündür
Bu gün Ələsgər Məmmədoğlunun vəfat etdiyi gündür
23 AVQUST ŞAHMAR ƏLƏKBƏROVUN DOĞUM GÜNÜDÜR
9 fevral Ələsgər Məmmədoğlunun doğulduğu gündür
Prezidentin təltif etdiyi Fərzəlibəyov kimdir?
23 avqust Şahmar Ələkbərovun doğum günüdür
Bu gün Xalq artisti Şahmar Ələkbərovun doğulduğu gündür
Xalq artisti vəfat etdi
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 