Unutmayaq, unutdurmayaq! Əliyev Həsən Əlirza oğlu 15 dekabr 1907-ci ildə, qədim Türk yurdu Zəngəzur qəzasının Comərdli kəndində anadan olub. Həsən Əliyev torpaqşünas, ümumi əkinçilik və təbiəti mühafizə sahəsində görkəmli alim, ictimai-siyasi xadim olub. Kənd təsərrüfatı elmləri doktoru, professor kimi elmə böyük xidmətlər göstərib. Böyük Vətən Müharibəsinin (1941-1945) iştirakçısı olmuşdur. Həsən Əliyev 1930-cu ildə Naxçıvan Kənd Təsərrüfatı Texnikumunu bitirib. Texnikumda təhsil aldığı müddətcə 1927-ci ildə Naxçıvan MR Torpaq Komissarlığının kənd təsərrüfatı zərərvericilərilə mübarizə şöbəsinin işçisi olmuşdur. 1929-cu ildə Naxçıvan Pambıq birliyində və Azpambıqbirliyinin Gəncə dairəsi üzrə təlimatçısı vəzifələrində çalışıb. O, 1930-cu ildə Azərbaycan Kənd Təsərrüfatı İnstitutuna (indiki AKTA) daxil olub və 1932-ci ildə oranı bitirib. İnstitutda oxumaqla yanaşı Gəncə şəhərindəki Qarayeri sovxozu məktəbində müəllim işləyib. 1932-ci ildə Azərbaycan Elmi-Tədqiqat Pambıqçılıq İnstitutunun aspiranturasına daxil olub və 1934-cü ildə oranı bitirib. 1934-cü ildə Azərbaycan Kənd Təsərrüfatı Pambıqçılıq İnstitutunun Ucar rayonu mərkəzində yerləşən Şirvan Zona-Təcrübə Stansiyasının direktoru vəzifəsinə təyin edilir. İki il orada işlədikdən sonra keçmiş SSRİ Elmlər Akademiyası Azərbaycan filialının Torpaqşünaslıq bölməsinin elmi işçisi vəzifəsinə işə götürülür və eyni zamanda həmin bölmənin elmi katibi vəzifəsini də icra edir (1935-1941-ci illər). 1935-cı ildə Ümumittifaq Torpaqşünaslıq Cəmiyyətinin üzvlüyünə qəbul edilir. Elmi-tədqiqat işi ilə yanaşı, ali məktəblərdə də dərs deməyə başlayır. 1937-ci illərdə Azərbaycan Dövlət Pedaqoji İnstitutunun coğrafiya fakültəsində assistent vəzifəsində çalışıb. 1939-cu ildə isə keçmiş Ümumittifaq Coğrafiya Cəmiyyətinin üzvlüyünə daxil olmuşdur. Həsən Əliyev 1944-1949-cu illərdə Azərbaycan Milli Elmlər Akademiyası Torpaqşünaslıq və Aqrokimya İnstitutunun elmi işlər üzrə direktor müavini, eyni zamanda 1945-1949-cu illərdə Azərbaycan Dövlət Pedaqoji İnstitutunda (indiki Azərbaycan Pedaqoji Universiteti) baş müəllim, 1949-1952-ci illərdə Azərbaycan Milli Elmlər Akademiyası Botanika İnstitutunun direktoru olub. 1947-ci ildə Azərbaycan Respublikası əməkdar elm xadimi fəxri adına layiq görülüb.1952-ci ildə Azərbaycan Milli Elmlər Akademiyasının akademiki seçilib. Azərbaycan Kənd təsərrüfatı nazirinin birinci müavini və 1952-ci ildə Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin katibi olub. 1952-1957-ci illərdə Azərbaycan Milli Elmlər Akademiyasının akademik-katibi, 1957-1967-ci illərdə Azərbaycan Milli Elmlər Akademiyası Torpaqşünaslıq və Aqrokimya İnstitutunda laboratoriya müdiri, 1968-ci ildən ömrünün sonuna qədər isə (1993) Azərbaycan Milli Elmlər Akademiyası Coğrafiya İnstitutunun direktoru (1968-1993) vəzifələrində işləyib. 1978-ci ildə Azərbaycan Dövlət mükafatı laureatı adını alıb. Əsas elmi fəaliyyəti torpaqşünaslığın nəzəriyyəsi, ekologiya, botanika, bitkiçilik, təbii ehtiyatların və təbii şəraitin qorunub daha səmərəli istifadə olunması problemlərini, ümumiyyətlə, təbiətşünaslığın müxtəlif sahələrini əhatə edir. O, Şərqi Zaqafqaziya torpaqlarının əmələ gəlməsinin və coğrafiyasının tədqiqinə, Azərbaycanda Beynəlxalq Bioloji Proqramın işlənib hazırlanmasına böyük əmək sərf edib. Təbii ehtiyatların tədqiqi, təbiətdən istifadənin elmi cəhətdən əsaslandırılması və onların mühafizəsinin təşkili Həsən Əliyevin elmi və ictimai fəaliyyətinin əsas istiqamətini təşkil edib. Azərbaycan təbiətinin, torpağının və suyunun mühafizəsi sahəsində onun xidmətləri əvəzsizdir. O, kütlələrin ekoloji tərbiyəsinə, təbiətin mühafizəsi haqqında biliklərin təbliğinə böyük əhəmiyyət verirdi. Həsən Əliyevin “Həyəcan təbili” əsəri (Bakı, 1976, 1982) təbiətin və ətraf mühitin qorunması üçün insanlara müraciət çağırışdır. Həsən Əliyev coğrafiya üzrə bir sıra elmi şuraların sədri və üzvü olub. Yüksək ixtisaslı kadrların hazırlanmasında böyük xidmətləri olmuşdur. Azərbaycan Respublikası Təbiəti Mühafizə Komitəsinin yaradıcısı və Cəmiyyətinin sədri, 1975-1990-cı illərdə Azərbaycan Coğrafiya Cəmiyyətinin prezidenti, 1975-ci ildən “Azərbaycan təbiəti” məcmuəsinin baş redaktoru olub. Həsən Əliyev 1958-ci ildə Yunanıstanda, 1960-cı ildə Polşada, 1964 və 1977-ci illərdə ABŞ-da, 1966-cı ildə Rumıniyada, eyni ildə İsveçrədə, 1968-ci ildə Avstraliyada, 1978-ci ildə Kanadada, 1980-ci ildə Yaponiyada, 1981-ci ildə Almaniyada və başqa ölkələrdə keçirilmiş beynəlxalq konqreslərdə məruzələr edib. Azərbaycan SSR Ali Sovetinin 10-11-ci çağırışda deputatı olub. Lenin ordenı, Oktyabr İnqilabı, Qırmızı Əmək Bayrağı, Qırmızı Ulduz, Vətən müharibəsi, Şərəf nişanı ordenləri, SSRİ Elmlər Akademiyasının N.İ.Vavilov adına qızıl medalı ilə təltif edilib. Azərbaycan Milli Elmlər Akademiyasının Coğrafiya İnstitutu Həsən Əliyevin adını daşıyır. Dünya Universitetinin elmi və mədəniyyət üzrə doktoru (ABŞ), İngiltərə Kraliça Biblioqraflar Cəmiyyətinin həqiqi üzvü olub. Allah rəhmət eləsin!
15 dekabr Həsən Əliyevin doğum günüdür



2 fevral Həsən Əliyevin vəfat etdiyi gündür
2 FEVRAL HƏSƏN ƏLİYEVİN VƏFAT ETDİYİ GÜNDÜR
Həsən Əliyev - elmə bağlı bir ömür
31 yanvar Cəlal Əliyevin anım günüdür
31 yanvar Cəlal Əliyevin anım günüdür
31 yanvar Cəlal Əliyevin anım günüdür
Bu gün Cəlal Əliyevin doğulduğu gündür
30 iyun Cəlal Əliyevin doğulduğu gündür
Nazirliyə yeni aparat rəhbəri təyin edildi
Görkəmli alim Vəli Əliyev dünyasını dəyişib
Yeni nazir təyin edildi
26 may Xuluflu Vəli Məmmədhüseyn oğlunun doğulduğu gündür
"Qarabağ" Avropadan qapıçı TRANSFER EDİR: 500 min avro xərcləyəcək
Heydər Əliyev prospektində qəza sıxlığa səbəb oldu
Geyimlər niyə tez sıradan çıxır? - Ekspert
Bu qidaları bir yerdə yemək olmazmış...
Sabah 32 dərəcə isti olacaq
Nazir müavini ətin qiymətindən danışdı
Azərbaycanın ən yaşlı sakini vəfat etdi
Bu tarixdə bulvarda konsert olacaq
Yol nişanları ilə bağlı dəyişiklik edilir
Bu imtahanların tarixi açıqlandı
Əhaliyə xəbərdarlıq: Bu gün 15:00-dan sonra...
Məşhur aktyorun narkotik testi müsbət çıxdı
Minifutbol millimiz üçün HƏLLEDİCİ GÜN - Çempionluq matçının saatı
Bitkoinin qiyməti 62 min dollardan aşağı düşdü
Əlilliyi olan şəxslərlə bağlı bu qaydalar təsdiqləndi 