Unutmayaq, unutdurmayaq! 12 yanvar (d.1905- ö.1975) Türkçü-Turancı düşüncələri ilə tanınan tarixçi, yazıçı, şair, Türkolog mərhum Nihal Atsızın doğum günüdür. Atsızın atası Gümüşhanenin Torul qəzasının Midi kəndinin Çiftçioğulları ailəsindən Deniz Güverte Binbaşısı Mehmet Nail bey, anası Trabzonun Kadıoğulları ailəsindən Deniz Yarbayı Osman Fevzi bəyin qızı Fatma Zəhra xanımdır. Çiftçioğulları ailəsindən müəyyənləşdirilə bilən ən böyük babası, XIX əsrin əvvəllərində yaşadığı hesab edilən Əhməd ağadır. Əhməd ağanın İsmayıl, Süleyman, Hüseyn və Şakir adlı dörd oğlu olmuşdur. İsmayılın övladları Mididən, Yozğadın Ağdağmədəni bölgəsinin Dayılı kəndinə köşmüşdür. Şakir ağanın övladlarının olub-olmaması bilinmir. Əhməd ağanın III uşağı olan Hüseyn ağa (1832-1894) isə 1850-1852-ci illərdə hərbi donanmada hərbi qulluqçu kimi İstanbula gəlmiş, oxumağı və yazmağı hərbi təhsili zamanı öyrənmiş, hərbi xidmətinin sonunda da, mülki işə həvəs göstərməyərək, Donanma-i Hümayunda qalmış və mexanika kapitanlığında Çarxçi Kolağalığına qədər yüksəlmişdir. Hüseyn ağanın həyat yoldaşı Əminə Xeyriyyə olmuşdur. İki uşaqları olmuş, adları Nevber xanım və Mehmet Nail bəydir (1877-1944). Mehmet Nail bəy də Osmanlı donanmasına qəbul olmuş və Hərbi Dəniz Qüvvələrindən Dəniz Göyərtə Minbaşısı rütbəsiylə ehtiyata buraxılmışdır. Mehmet Nail bəyin ilk həyat yoldaşı 1903-cü ildə, hələ kapitan rütbəsində ikən evləndiyi Fatma Zəhra xanımdır (1884-1930). Fatma Zəhra xanım, donanma polkovnik-leytenantı Osman Fevzi ilə Tevfika xanımın qızıdır. Osman Fevzi bəy, Trabzonludur, Trabzonun məşhur Kadıoğulları nəslindəndir. Mehmet Nail bəy ilk həyat yoldaşından 3 uşağı olmuşdur. 12 yanvar, 1905-ci ildə Hüseyn Nihal Atsız, 1 may 1910-cu ildə Ahmet Nejdet və 1912-ci il dekabrda Fatma Nəzihə dünyaya gəlmişdir. 1930-cu ildə, həyat yoldaşının damar sərtliyi xəstəliyindən vəfat etməsindən sonra Mehmet Nail bəy, 1931-ci ildə yenidən evlənmişdir. İkinci həyat yoldaşından 1932-ci ildə Necla adlı qızı olan Mehmet Nail bəy, ikinci yoldaşı ilə yola gedə bilmədiyindən 2 il sonra boşanmışdır. Allah rəhmət eləsin.
Bu gün Nihal Atsızın doğulduğu gündür



Türkçü-Turancı Nihal Atsız
Nihal Atsız
5 may-Əhməd Cavadın anadan olduğu gündür
24 oktyabr Hüseyn Cavidin doğulduğu gündür
Bu gün Hüseyn Cavidin doğum günüdür
3 may TÜRKÇÜLÜK gününz qutlu olsun!
3 MAY TÜRKÇÜLÜK GÜNÜNZ QUTLU OLSUN!
Bu gün Salman Mümtazın doğulduğu gündür
20 may Salman Mümtazın doğum günüdür
Bu gün İsmayıl Xan Naxçıvanskinin doğum günüdür
24 fevral Əli bəy Hüseynzadənin doğulduğu gündür
24 fevral Əli bəy Hüseynzadənin doğulduğu gündür
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı
Neftin bu günə olan qiyməti
Günün qoroskopu: Xırda məsələyə görə əhvalınızı pozmayın
Maştağada güclü yanğın başladı
Ərdoğanın 10-cu nəvəsi dünyaya gəldi
Sərnişinlərə daha bir şad xəbər 