Unutmayaq, unutdurmayaq. 29 yanvar Xalq Artisti Məzahir Həbulla oğlu Süleymanovun doğum günüdür. Məzahir Süleymanov teatra gəlişinin ilk günlərindən teatr rejissorlarının diqqətini cəlb etmişdir. İşlədiyi ilk günlərdən hal-hazıra qədər teatr repertuarının ağırlığını daşıyan əsas aktyorlardan biri olmuşdur. Məzahir Süleymanov işlədiyi müddətdə 100-dən artıq müxtəlif xarakterli obrazlar oynamağa nail olmuşdur. Bu obrazların ponoramasına nəzər yetirdikdə onun böyük istedada malik olması göz önünə gəlir. Fransız dramaturqu C.B.Molyerin “Skapenin kələkləri” tamaşasında Oktav, Eston dramaturqu E.Rannetin “Azmış oğul” tamaşasında Lembin, gürcü dramturqu M.Beradzenin “Gecikən sərnişinlər üçün iki bilet” tamaşasında Bidzina, rus dramaturqu Qoqolun “Müfəttiş” komediyasında Podkolyosin, M.Lermantovun “Maskarad” tamaşasında Naməlum adam, Rumin dramaturqu Karacalenin “İtirilmiş məktub” tamaşasında Taraxanake, tatar dramaturqu A.Abdulinin “13-cü sədr” tamaşasında Prokuror, türk dramaturqu N.Hikmətin “Demoklisin qılıncı” tamaşasında Arxitektor, “Bayramın birinci günü” tamaşasında Vəli əfəndi və s. göstərmək olar. Azərbaycan klassiklərindən: C.Cabbarlının “Solğun çiçəklər” əsərinin tamaşasında Axund, “Oqtay Eloğlu” tamaşasında Aslan bəy, “Vəfalı Səriyyə” tamaşasında Rüstəm, Ü.Hacıbəyovun “Arşın mal alan” tamaşasında Soltan bəy, J.Məmmədquluzadənin “Ölülər” tamaşasında Hacı Həsən, M.F.Axundovun “Müsyo Jordan və Dərviş Məstəli şah” tamaşasında Müsyo Jordan, S.S.Axundovun “Tamahkar” tamaşasında İmran, H.Nəzərlinin “Ayıl, bax bu dünyaya” tamaşasında Abbas Səhət, H.Cavidin “Afət” tamaşasında Qaplan, A. Şaiqin “Bir saatlıq xəlifə” tamaşasında Harun Ər Rəşid, Ə.Haqverdiyevin “Kimdir müqəssir” tamaşasında Qasım bəy və s. obrazlar aktyorun geniş diapazonuna malik olduğunu sübut edir. Müasir dramaturgiyadan Anarın “Adamın adamı” tamaşasında Tərs Tahir, R.İbrahimbəyovun “Park” tamaşasında Dost, V.Səmədoğlunun “Bəxt üzüyü” tamaşasında Tanrıbəy, M.Sülyemanlının “Dəyirman” tamaşasında Sarı Qasım, G.Xuqayevin “Varlı ev” tamaşasında Beçir, “Qocaların məhəbbəti” tamaşasında Qadutsa, Ç.Aytmatovun “Əsrə bərabər gün” tamaşasında Tansıkbayev, S.Başbəyovun “Dəmir qadın” tamaşasında Alimcan, Şamo Arifin “Qınamayın məni” tamaşasında Həbib, T.Vəliyevanın “Mənim ağ göyərçinim” tamaşasında Əli Əmirli və s.misal göstərmək olar. Məzahir Sülyemanov G.Xuqayevin “Bir köpək vardı” və “Ailə” əsərlərinin tamaşalarında Çoban və Jorci, Ç.Aytmatovun “Ümid sahili” əsərinin tamaşasında Orqan baba, N.Hikmətin “Bayramın birinci günü” tamaşasında Vəli Əfəndi, Yudcin Onilin “Qarağaclar altında məhəbbət” tamaşasında Kebolt, A.Babayevin “Xilaskar” əsərində Filosof-deputat kimi sanballı rolları özünəməxsus sənətkarlıqla yarada bilmişdir. Bütün bunlardan başqa M.Süleymanov hər il “Yeni il” şənliklərində Şaxta baba, “Novruz” şənliklərində isə Novruz baba rollarının ifaçısı olur. M.Süleymanov “Yük” və “Yanmış körpülər” filmində Qubernator Şubinski və Səmədağa obrazlarını uğurla ifa etmişdir. Aktyor M.Süleymanov oynadığı obrazların heç də tam olmayan siyahısına baxdıqda onun böyük yaradıcılıq imkanları olduğunu sübut edir. Təsadüfü deyil ki, onun teatrdakı çoxillik faydalı əməyi dəfələrlə Azərbaycan Mədəniyyət Nazirliyinin Fəxri Fərmanı və pul mükafatı ilə qeyd olunmuşdur. Onun həyat və yaradıcılığı dəfələrlə radio və televiziyada, mərkəzi və dövrü mətbuatda işıqlandırılmışdır. 2005, 2006 və 2012-ci illərdə M. Süleymanov Respublika Prezidentinin mükafatına layiq görülmüşdür. Məzahir Süleymanova 2006-cı ildə Azərbaycan Respublikasının Fəxri Əməkdar artisti və 2008-ci ildə Azərbaycan Respublikasının Xalq artisti adı verilmişdir. Təbrik edirik!
29 yanvar Məzahir Süleymanovun doğum günüdür



29 yanvar Məzahir Süleymanovun doğum günüdür
29 yanvar Məzahir Sülyemanovun doğum günüdür
23 AVQUST ŞAHMAR ƏLƏKBƏROVUN DOĞUM GÜNÜDÜR
23 avqust Şahmar Ələkbərovun doğum günüdür
Xalq artisti tamaşa zamanı vəfat etdi
Bu gün Xalq artisti Şahmar Ələkbərovun doğulduğu gündür
5 dekabr Əşrəf Yusifzadənin doğum günüdür
İlham Namiq Kamalın doğum günüdür
22 yanvar Hacı İsmayılovun doğum günüdür
4 fevral Tariyel Qasımovun doğum günüdür
24 may Fuad Poladovun doğum günüdür
12 may Novruz Aslanın anadan olmasının 60 ili tamam olur
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 