Unutmayaq, unutdurmayaq! 25 fevral (1915-2010) Türk dünyasının dəyərli şəxsiyyətlərindən olan dünyaca məşhur alim, dünya şöhrətli pediatr, maarifçi, xeyriyyəçi, Türkiyə Cümhuriyyəti Ali Məktəb Rektorları Şurasının ilk sədri, Azərbaycanın böyük dostu professor İhsan Doğramacının vəfat etdiyi gündür. İhsan Doğramacı İstanbul Tibb Fakültəsini bitirdikdən sonra (1938) ixtisasartırma kurslarını Ankara Nümunə Xəstəxanasında keçirmişdir. Ankara Universiteti Tibb Fakultəsində dosent (1949) və professor (1954) olmuşdur. O, Uşaq Sağlamlıq İnstitutunun, Hacəttərə Tibb və Səhiyyə Elmləri fakültəsinin, Hacəttərə Universitetinin yaranmasında böyük rol oynamışdır. İhsan Doğramacı Ankara Universitetinin rektoru (1963-1965), Şərq orta Texniki Universitetinin heyət rəhbəri (1965-1967), Hacəttərə Universitetinin rektoru (1967-1975) olmuşdur. Sonra isə Paris Universitetinə müəllim təyin edilmişdir. 1964-1973-cü illər arasında Avropa Rektorlar Konfransının idarə heyətinin üzvü, 1981-ci ildən bu günə qədər Millətlərarası Ali Təhsil Konfransında idarə heyətinin üzvü, sədr və fəxri sədr vəzifələrində çalışan İhsan Doğramacı bu yolla bir çox ölkələrin ali təhsil idarəetmə sistemlərini yaxından öyrəndi. 1981-1992-ci illər arasında Ali Təhsil Qurumunun sədri olan İhsan Doğramacı vəfatınadək Bilkənd Universitetinin heyət sədri vəzifəsini icra edirdi. İhsan Doğramacı Hindistan Milli Tibb Akademiyası, Fransa Tibb Elmləri Akademiyası, Amerika Pediatr Akademiyası, AMEA-nın fəxri üzvüdür. Dünyanın bir sıra ölkələrinin və beynəlxalq təşkilatların nüfuzlu mükafatlarını almış İhsan Doğramacı 2000-ci ildə Azərbaycanın "İstiqlal" ordeni ilə, 2005-ci ildə isə Azərbaycanın ən ali mükafatı olan "Heydər Əliyev" ordeni ilə təltif olunub. 2000 və 2005-ci illərdə İhsan Doğramacının 80 və 85 illik yubileyləri Bakıda qeyd olunub. Allah rəhmət eləsin.
25 fevral İhsan Doğramacının vəfat etdiyi gündür



25 fevral İhsan Doğramacının vəfat etdiyi gündür
Azərbaycanın böyük dostu İhsan Doğramacı
Azərbaycanlı professor Aygün Attar Türkiyə-Azərbaycan Dostluq, Əməkdaşlıq və Həmrəylik Fondunun sədri seçilib.
Professor Əjdər İsmayılov vəfat edib
Azərbaycanda ən yaşlı və ən gənc rektorlar – SİYAHI
SON DƏQİQƏ: Bakı Dövlət Universitetinin sabiq REKTORU VƏFAT ETDİ
26 iyul İsmayıl Şıxlının vəfat etdiyi gündür
12 avqust Cavad Heyyətin vəfat etdiyi gündür
31 yanvar Cəlal Əliyevin anım günüdür
31 yanvar Cəlal Əliyevin anım günüdür
12 avqust Cavad Heyətin vəfat etdiyi gündür
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı
Neftin bu günə olan qiyməti
Günün qoroskopu: Xırda məsələyə görə əhvalınızı pozmayın
Maştağada güclü yanğın başladı
Ərdoğanın 10-cu nəvəsi dünyaya gəldi
Sərnişinlərə daha bir şad xəbər 