Unutmayaq, unutdurmayaq! 12 mart (1933-2002) – Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, Azərbaycanın xalq şairi, Azərbaycan SSR əməkdar incəsənət xadimi Cabir Novruzun doğulduğu gündür. Cabir Novruz 1933-cü il mart ayının 12-də Xızı rayonunun Upa kəndində anadan olmuşdur. O, orta məktəbi bitirdikdən sonra M.Ə.Sabir adına Bakı Pedaqoji Texnikumunda təhsil almış və 1952-ci ildə Azərbaycan Dövlət Universiteti-nin jurnalistika fakültəsinə daxil olmuşdur. Bir il sonra Azərbaycan Yazıçılar İttifaqının tövsiyəsi ilə təhsilini davam etdirmək üçün Moskvaya, Maksim Qorki adına Ədəbiyyat İnstitutuna göndərilmiş və 1957-ci ildə oranı bitirmişdir. 1958-ci ildə “Bakı” axşam qəzetinin ədəbiyyat şöbəsində ədəbi işçi kimi əmək fəaliyyətinə başlayan Cabir Novruz 1967-1970-ci illərdə “Azərbaycan” ədəbi-bədii jurnalının, 1991-1993-cü illərdə isə “Ədəbiyyat və incəsənət” qəzetinin baş redaktoru vəzifələrində çalışmışdır. O, 1970-1997-ci illərdə Azərbaycan Yazıçılar İttifaqı İdarə Heyətinin katibi olmuşdur.
Xalq şairi Cabir Mirzəbəy oğlu Novruzov (Cabir Novruz) 2002-ci il dekabrın 12-də ömrünün 70-ci ilində vəfat etmişdir. Allah rəhmət eləsin.Bu gün Cabir Novruzun doğulduğu gündür



12 mart Cabir Novruzun doğulduğu gündür
Duyğuları bənzərsiz şair, NƏBİ XƏZRİ
Cabir Novruz
Şeir mənim üçün sirli həyatdır - Nəbi Xəzri
Bu gün Nəbi Xəzrinin vəfat etdiyi gündür
22 mart İsmayıl Şıxlının doğulduğu gündür
Bu gün İsmayıl Şıxlının doğulduğu gündür
17 mart Fərman Kərimzadənin vəfat etdiyi gündür
Bu gün Fərman Kərimzadə vəfat etdiyi gündür
14 oktyabr Məmməd Arazın doğulduğu gündür
14 oktyabr Məmməd Arazın doğulduğu gündür
Bu gün Osman Sarıvəllinin doğulduğu gündür
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 