Unutmayaq, unutdurmayaq!
8 avqust – görkəmli aktyorumuz, sözün əsl mənasında xalqın aktyoru, “Şöhrət” , “Şərəf” ordenləri laureatı, Azərbaycanın xalq artisti, Prezident təqaüdçüsü – Rasim Balayevin doğulduğu gündür.
Görkəmli aktyor Rasim Əhməd oğlu Balayev 8 avqust 1948-ci ildə Ağsu rayonunda anadan olmuşdur. 1965-ci ildə Ağsuda orta məktəbi bitirmişdir. 1969-cu ildə Azərbaycan Dövlət İncəsənət İnstitutunu bitirmişdir. Rasim Balayev ilk dəfə Bakı kinostudiyasında “Ulduzlar sönmür” əsərində kiçik bir rolda çəkilmişdir. Oynadığı “Nəsimi” , “Babək” və “Dədə Qorqud” filmlərindəki rollarda tamaşaçıların sevgisini qazanmışdır. “Azərbaycanfilm” kinostudiyasının nəzdində fəaliyyət göstərən kinoaktyor teatr studiyasında da çalışmışdır. Böyük və çətin rollardan əlavə Rasim Balayev kiçik rollarda da oynamışdır. “Bu şirin söz, azadlıq”, “Sənin birinci saatın”, “Xoşbəxtlik səhnəsi”, “Mən hələ qayıdacağam”, “Birisigün gecəyarısı” kimi filmlərdə o, epizodik rol oynamışdır. “Özbəkfilm”, “Mosfilm” və başqa studiyalarda filmlərə çəkilmişdir.
1990-cı ildən 18 yanvar 2013-cü ilə qədər Azərbaycan Kinematoqrafçılar İttifaqının katibi olmuşdur.
Təbrik edirik.



8 avqust Rasim Balayevin doğulduğu gündür
Bu gün Rasim Balayevin doğum günüdür
Rasim Balayev xəstəxanaya yerləşdirildi
Rasim Balayevin səhhəti yenidən PİSLƏŞDİ
Rasim Balayevin səhhəti pisləşdi
22 noyabr Rasim Ocaqovun doğulduğu gündür
Bu gün Rasim Ocaqovun doğulduğu günüdür
Rasim Balayev: “Bundan artıq neyləməlidirlər mənə?”
Rasim Balayevdən Şəfiqə Məmmədova ilə bağlı AÇIQLAMA
Rasim Balayev sədr seçildi
22 noyabr Rasim Ocaqovun doğulduğu gündür
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 