Unutmayaq, unutdurmayaq!
26 avqust (1895-1938) görkəmli hərbi xadim, Azərbaycanın ilk milli atıcı diviziyasının komandiri, bacarıqlı sərkərdə general, sovet rejiminin repressiya qurbanı Cəmşid Cəfərqulu oğlu Naxçıvanski güllələnmişdir.
Cəmşid Cəfərqulu oğlu Naxçıvanski 1895-ci il avqust ayının 10-da Naxçıvan şəhərində anadan olub. 1911- ci ildə Yelizavetqrad (Qərbi Ukrayna) qvardiya məktəbini bitirib.
1914-1918-ci illərdə Birinci Dünya müharibəsində müsəlmanlardan təşkil olunmuş süvari eskadronun komandiri olub, “Brusilov cəbhəsi”nin yarılmasında iştirak edib, 4-cü dərəcəli “Müqəddəs Georgi” ordeni ilə təltif olunub. Avstriya-Rumıniya cəbhəsində üç dəfə yaralanan Naxçıvanski igid süvari zabiti kimi gümüş silahla mükafatlandırılıb, II, III, IV dərəcəli Anna, II dərəcəli Stanislav ordenləri ilə təltif olunub.
Cənub-Qərb cəbhəsi dağıdıldıqdan sonra ştab-rotmistri başçılıq etdiyi alayla birlikdə Azərbaycana qayıdıb, 1918-ci il sentyabrın 15-də türk qoşunları və Azərbaycan Əlahiddə korpusu ilə birgə Bakını daşnak, eser-menşeviklərdən ibarət olan və ingilislərə arxalanan “Sentrokaspi diktaturası” qüvvələrindən təmizləyib. Azərbaycanın müstəqilliyi uğrunda da inamla vuruşub. 1920- ci ilin martında onun Qarabağda (Şuşada) yerləşən alayı daşnaklara və daxili düşmənlərə qarşı döyüş əməliyyatlarında fəal iştirak edib.
Bakıda yaradılmış Azərbaycan Birləşmiş Komanda Məktəbinin rəisi, 1921-ci ilin dekabrında isə Azərbaycanın ilk milli atıcı diviziyasının komandiri təyin edilib, yüksəkixtisaslı hərbi kadr hazırlığında mühüm rol oynayıb.
1923-1928-ci illərdə Moskvada Ali Hərbi Akademiyanın qısa müddətli kurslarında oxuyub, Azərbaycana qayıtdıqdan sonra yenidən diviziya komandiri təyin edilib.
1923-1929-cu illərdə “Hərbi bilik” jurnalının redaktorlarından biri olub. 1931-ci ildə Moskvaya M.V.Frunze adına Ali Hərbi-Siyasi Akademiyaya oxumağa göndərilib. 1933-cü ildə oranı fərqlənmə diplomu ilə bitirdikdən sonra, orada müəllim kimi saxlanılıb, üç il Ümumi taktika kafedrasına rəhbərlik edib, akademiyada əsas fakültənin kurs rəisi olub. 1935-ci ildə Naxçıvanski briqada komandiri (Kombriq) hərbi vəzifəsinə təyin olunub. 1938-ci ildə o, repressiyaya məruz qalıb.
Naxçıvanski Azərbaycan SSR və Zaqafqaziya SFSR Mərkəzi İcraiyyə Komitələrinin üzvü idi. “Qırmızı bayraq”, “Qırmızı Əmək Bayrağı”, “Qırmızı Ulduz” ordenləri ilə təltif edilib.
Cəmşid Naxçıvanski 26 avqust 1938-ci ildə Moskvada güllələnib. 1956-cı ildə Cəmşid Naxçıvanski tam bəraət alıb.
1971-ci ildə ümummili lider Heydər Əliyevin təşəbbüsü ilə yaradılmış hərbi liseyə 1997-ci ildə Cəmşid Naxçıvanski adı verilib. Bakıda və Naxçıvanda adına küçə vardır. Həmçinin Naxçıvanda ev-muzeyi yaradılıb.



26 AVQUST CƏMŞİD NAXÇIVANSKİNİN GÜLLƏLƏNDİYİ GÜNDÜR
10 avqust Cəmşid Naxçıvanskinin doğulduğu gündür
26 avqust Cəmşid Naxçıvanskinin güllələndiyi gündür
26 avqust Cəmşid Naxçıvanskinin güllələndiyi gündür
5 yanvar İsmayıl Xan Naxçıvanskinin doğulduğu gündür
5 yanvar İsmayıl Xan Naxçıvanskinin doğulduğu gündür
Bu gün İsmayıl Xan Naxçıvanskinin doğum günüdür
İsmayıl Xan Naxçıvanski
Prezident Cəmşid Naxçıvanski adına Hərbi Liseydə - Foto
İlham Əliyev sərəncam imzaladı
General Bəkir Orucov Müdafiə Nazirliyində yeni vəzifəyə TƏYİN EDİLDİ
İsmayıl Xan Naxçıvanski
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı
Neftin bu günə olan qiyməti
Günün qoroskopu: Xırda məsələyə görə əhvalınızı pozmayın
Maştağada güclü yanğın başladı
Ərdoğanın 10-cu nəvəsi dünyaya gəldi
Sərnişinlərə daha bir şad xəbər 