Unutmayaq,unutdurmayaq! Hacıbaba Hüseynov 15 mart 1919-cu ildə Bakıda anadan olmuşdur. Ruhani ailəsində böyümüşdür. 1941-ci ildə Böyük vətən müharibəsinin başlaması ilə "Parkommuna" zavodunda tornaçı işləməyə başlayır. 1945-ci ildə müharibə bitəndən sonra Hacıbaba Hüseynovun baldızı olan tanınmış xanəndə Sara Qədimova Hacıbaba Hüseynovu görkəmli pedaqoq, tarzən Əhməd Bakıxanovla tanış edir. Ə. Bakıxanov H. Hüseynovu öz ansamblına dəvət edir. O, həmin ansamblda üç il fəaliyyət göstərmişdir. 1962–1992-ci illərdə Hacıbaba Hüseynov Asəf Zeynallı adına Azərbaycan Dövlət Musiqi Məktəbində muğamatdan dərs demişdir. Nəzakət Məmmədova, Qədir Rüstəmov, Səxavət Məmmədov, Zaur Rzayev, Teymur Mustafayev, Sabir Əliyev, Bilal Əliyev, Zabit Nəbizadə və başqaları onun tələbələri olmuşdur. Hacıbaba Hüseynov Rast muğamının "Üşşaq", "Hüseyni", "Novruzi ravəndə", digər muğamlarda olan "Şah Xətai" şöbələrinin ilk ifaçısı olub. Onun təşəbbüsü ilə Bayatı-Şiraz muğamının "Dilrüba" şöbəsi dərsliyə əlavə olunub. Xanəndə 1989-cu ildən xarici ölkələrə qastrol səfərlərinə başlayır. İlk səfəri böyük bir musiqiçi və ziyalı heyəti ilə İraqa olmuşdur. 1990-cı ildə Türkiyənin Adana şəhərində, 1991-ci ildə 1 ay ərzində Belçikanın Brüssel, Fransanın Paris, Marsel, Lyon, Monpelye şəhərlərində, İsveçrədə, Hollandiyada konsertlər verir. Son səfəri 1992-ci ildə on iki nəfərlik musiqiçi heyəti ilə 2 aydan artıq çəkən İran İslam Respublikasına olur. H. Hüseynov 24 oktyabr 1993-cü ildə Bakıda vəfat etmişdir. Heydər Əliyevin göstərişi ilə xanəndə 26 oktyabr 1993-cü ildə Birinci Fəxri Xiyabanda dəfn olunub. 22 fevral 2019-cu ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Hacıbaba Hüseynovun 100 illik yubileyinin qeyd edilməsi haqqında sərəncam imzalamışdır.
24 oktyabr Hacıbaba Hüseynovun vəfat etdiyi gündür



14 dekabr Qədir Rüstəmovun vəfat etdiyi gündür
Bu gün Qədir Rüstəmovun anım günüdür
21 OKTYABR NƏZAKƏT MƏMMƏDOVANIN VƏFAT ETDİYİ GÜNDÜR
28 fevral Nəzakət Məmmədovanın doğulduğu gündür
23 oktyabr Səxavət Məmmədovun doğulduğu gündür
23 oktyabr Səxavət Məmmədovun doğulduğu gündür
Hərbçilərimiz məşhur xanəndənin Ağdamda qəbrini tapdı - VİDEO
27 OKTYABR ASƏF ZEYNALLININ VƏFAT ETDİYİ GÜNDÜR
8 sentyabr Habil Əliyevin vəfat etdiyi gündür
22 oktyabr Ərtoğrul Cavidin doğulduğu gündür
Bu gün Asəf Zeynallının vəfat etdiyi gündür
Prezident İlham Əliyev nekroloq imzalayıb
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 