Unutmayaq, unutdurmayaq!
Gülşən Qurbanova 19 dekabr 1950-ci ildə Bakıda anadan olmuşdur. Ə.Hüseynzadə adına Azərbaycan Mədəniyyət və İncəsənət İnstitutunu bitirmişdir (1974). 16 fevral 1979-cu ildən – 17 noyabr 2006-cı ilə qədər Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında fəaliyyət göstərmişdir.
Teatrdan ayrılandan sonra Gülşən Qurbanova telekanallara dəvət almış və uzun müddət AzTV-nin “Gəlin birlikdə gülək” adlı layihəsində çıxış etmişdir. Bu verilişdə onun tərəf müqabilləri xalq artisti Yasin Qarayev və əməkdar artist Azər Mirzəyev olurlar. AzTV-dəki layihə bitəndən çox sonralar aktrisa ANS-lə uzun müddət əməkdaşlıq elədi. “Qaynar qazan” verilişinin aparıcısı kimi aktrisa və veriliş tamaşaçılar tərəfindən sevildi. Amma Gülşən xanım bu telekanaldan incik ayrıldı, “Lider” telekanalına üz tutdu və “Mikser” verilişini apardı.
Azərbaycanın xalq artisti Gülşən Ağadadaş qızı Qurbanova 17 noyabr 2006-cı ildə televiziya proqramlarının birindən evə gələrkən üçüncü dəfə qəfildən infarkt keçirmiş, 56 yaşında Bakı şəhərində vəfat etmişdir. Köhnə Yasamal qəbiristanlığında torpağa tapşırılıb.
Allah rəhmət eləsin.



Bu gün Gülşən Qurbanovanın doğum günüdür
Gülşən Qurbanova
Gülşən Qurbanovanı UNUTMADIQ!
Mərhum Xalq artistinin məzarı baxımsız vəziyyətdədir - FOTO
Xalq artisti Vaqif Əsədov vəfat etdi
Mədəniyyət Nazirliyi Xalq artistinin ölümü ilə bağlı nekroloq yayıb
16 aprel Ramiz Mirişlinin doğulduğu gündür
16 noyabr Hamlet Qurbanovun vəfat etdiyi gündür
Müğənni Gülşən həbs olundu
AzTV-də yeni QADAĞA
22 noyabr Rasim Ocaqovun doğulduğu gündür
Xalq artisti Ağaxan Salmanlı vəfat etdi
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 