Unutmayaq, unutdurmayaq!
19 iyun ( 1900 – 1981) görkəmli Azərbaycan aktyoru, Azərbaycan SSR xalq artisti, unudulmaz sənətkar Möhsün Sadıq oğlu Cəfərovun – Möhsün Sənaninin anadan olduğu gündür.
Möhsün Sənani 1900-cü il iyunun 19-da Tiflisin Şeytanbazar məhəlləsində anadan olub.
O, valideynlərini çox erkən itirib və nənəsinin himayəsinə keçib. 1906-cı ildən mədrəsədə təhsil almağa başlayıb. 1908-ci ildə nənəsi də dünyasını dəyişib və xalası Zinyətin evinə gəlib.
Xalq artisti Əli Qurbanovun anası olan Zinyət xanım da çox kasıb dolandığından Möhsün 1909-cu ildən Şeytanbazarda gündəlik çörəkpulu qazanmaq üçün müxtəlif buyruqlara gedir, hər cür ağır işin qulpundan yapışırdı.
Şirin və məlahətli səsi olan Möhsün Sənani 1911-ci ildə Məhərrəmlik ayında göstərilən şəbih tamaşalarında “Qasım otağı” epizodunda çıxış edib. “Hicaz” muğamı üstündə oxuduğu mərsiyə-qəsidənin xoş sədası məhəlləyə yayılıb. Tiflis şəhərində azərbaycanlıların həvəskar teatr truppasının məşhur aktyoru Mirzəxan Quliyev onu şagird və yeniyetmələrin dram dərnəyinə dəvət edib.
1914-cü ilin axırlarında aktyorluğa ciddi maraq göstərən Möhsün Sənani taleyini ömürlük səhnə sənətinə bağlayıb. Səhnə fəaliyyətinə 1915-ci ildə Tiflis Müsəlman Teatr truppasında başlayıb.
1915-1919-cu illər arasında Tiflisdə azərbaycanlı teatr həvəskarlarının oynadıqları tamaşalarda iştirak edən Möhsün Sənani 1919-cu ildə Bakıya gəlib. Bir müddət həvəskar aktyor kimi çıxış edib və sonra dövlət teatrının truppasına qəbul olunub. 1921-ci ildən Azərbaycan Milli Dram Teatrının səhnəsində bir sıra komik, dramatik obrazlar yaradıb. Möhsün Sənani Milli Dram Teatrında işləməklə yanaşı, 1927-1930-cu illərdə Bakı Türk İşçi Teatrında hazırlanan bir sıra tamaşalarda da oynayıb.
Klassik aktyor məktəbinin əvəzsiz ifaçısı Möhsün Sənani geniş diapazonlu rolların ifaçısı kimi tanınıb. Gur səsə, coşqun temperamentə malik sənətkarın yaratdığı obrazlar emosionallığı ilə diqqəti cəlb edib. Qumuq teatrının yaranmasında mühüm xidməti var. Laert (Hamlet, V.Şekspir), Kassiol (Otello, V.Şekspir), Serqo (Şeyx Sənan, H.Cavid), Mixaylo (Uzaq sahillərdə, H.Seyidbəyli və İ.Qasımov), Sadiq (Xoşbəxtlər, S.Rəhman), Həsənağa (Göz həkimi, İ.Səfərli) kimi rolların ifaçısı olub.
Kino sahəsində isə “Bəxtiyar” (film, 1942), “Bir məhəllədən iki nəfər” (film, 1957), “Bismillah” (film, 1925), “Bizim küçə” (film, 1961), “Dağlarda döyüş” (film, 1967), “Fətəli xan” (film, 1947) və digər filmlərdə rol alıb.
Möhsün Sənani Rusiya istehsalı olan “Ulduz” filmində ( rejissor: Aleksandr İvanov, Lenfilm, 1949) də çəkilib.



Bu gün Möhsün Sənaninin vəfat etdiyi gündür
11 fevral Möhsün Sənaninin vəfat etdiyi gündür
Möhsün Sənani
Prezident Mir Möhsün Nəvvabın məzarını ziyarət etdi
Mir Möhsün Nəvvabı unutmadıq
Fəxrizadənin qətlində şübhəli bilinənlər yaxalandı
İran rəsmisi Rusiyaya xəbərdarlıq etdi
28 yanvar Həsənəli xan Qaradağinin doğulduğu gündür
16 aprel Ramiz Mirişlinin doğulduğu gündür
27 iyun Səyavuş Aslanın vəfat etdiyi gündür
27 İYUN SƏYAVUŞ ASLANIN VƏFAT ETDİYİ GÜNDÜR
Möhsün Nağısoylunu o əvəz edəcək
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 