Unutmayaq, unutdurmayaq!
İsmayıl Osmanlı 11 aprel 1902-ci ildə Nuxada (Şəki) kasıb ailədə doğulub. Mükəmməl təhsil görməyib. On bir yaşından yetim qalan İsmayıl Şəki ipək fabrikində, dabbaqxanada işləyib. 1920-ci ildə rayondakı Fəhlə-kəndli klubunun dram dərnəyinə üzv yazılıb. 1922-ci ildə Gəncəyə köçüb və 6 il buradakı həvəskarlar teatrında çalışıb. 1928-ci ildə Tiflis Dövlət Azərbaycan Dram Teatrına dəvət alıb. 1929-cu ildə Bakıya gələrək Milli Dram Teatrının truppasına qəbul olunub və həyatının sonuna qədər burada işləyib.
İsmayıl Osmanlı dram və faciə janrında xarakterik obrazların, dramatik pyeslərdə yumorlu surətlərin, həm də komediyalarda məsxərəli və satirik rolların ifaçısı olub. Əsas rolları bunlardır: Keçəl Aslan, Fon Hols, Şaliko (“Xanlar”, “İnsan” və “Vaqif”, Səməd Vurğun), Əmrah (“Pəri cadu”, Əbdürrəhim bəy Haqverdiyev), Şeyx Hadi, Vali, Şakro (“Şeyx Sənan”, “Səyavuş” və “Knyaz”, Hüseyn Cavid), Munis, Kərim Rəhimli (“Nizami” və “Alov”, Mehdi Hüseyn), Əliş (“Qatır Məmməd”, Zeynal Xəlil), Nikita Pavloviç (“Qızıl çeşmə”, Qurban Musayev), Məşədi Cəfər (“Dağılan tifaq”, Əbdürrəhim bəy Haqverdiyev), Mirzə Qərənfil, Zakir, Əhməd bəy, Xəlil, Qasım (“Xoşbəxtlər”, “Aydınlıq”, “Küləklər”, “Əliqulu evlənir” və “Nişanlı qız”, Sabit Rəhman), Mirzə Heydərqulu, Şəkinski, (“Həyat” və “Kəndçi qızı”, Mirzə İbrahimov), Koxa Məmməd (“Qaçaq Nəbi”, Süleyman Rüstəm), Məşədi Oruc, Hacı Naib (“Ölülər” və “Dəli yığıncağı”, Cəlil Məmmədquluzadə), Xaspolad, Mirzə Cavad (“Oqtay Eloğlu” və “Aydın”, Cəfər Cabbarlı), Kefli Bəşir (“Bahar suları”, İlyas Əfəndiyev), Cəbi (“Hacı Qəmbər, Nəcəf bəy Vəzirov), Səfər bəy (“Hacı Qara”, Mirzə Fətəli Axundzadə), Əşrəf (“Türkiyədə”, Nazim Hikmət), İsidor Cakeli (“Darıxma, ana!”, Nodar Dumbadze), Aleksandrov (“Canlı meyit”, Lev Tolstoy), General Berqoyn (“Şəxsi iş”, Aleksandr Şteyn), Baş senator, Feste, Gilderstern (“Otello”, “On ikinci gecə” və “Hamlet”, Vilyam Şekspir), Krutitski, Tixon və karandışev (“Müdriklər”, “Tufan” və “Cehizsiz qız”, Aleksandr Ostrovski).
İsmayıl Osmanlı “Azərbaycanfilm”in istehsal etdiyi “Kəndlilər” (Daxili işlər naziri), “Bir məhəlləli iki oğlan” (Mahmud), “O olmasın, bu olsun” (Rza bəy), “Əsl dost” (Usta Şirəli), “Yenilməz batalyon” (Yusif), “Mən ki gözəl deyildim” (Poçt müdiri), “26-lar” (Şahbazov), “Ulduzlar sonmür” (Hacı Zeynalabdin Tağıyev), “Nəsimi” (Nəimi), “Yeddi oğul istərəm” (Kələntər) və sair filmlərdə çəkilib.
İsmayıl Osmanlı 4 may 1940-cı ildə Azərbaycan SSR-nin əməkdar artisti, 21 iyul 1949-cu ildə xalq artisti, 1 avqust 1974-cü ildə SSRİ xalq artisti fəxri adları ilə təltif olunub.
22 iyun 1978-ci ildə vəfat edib. Məzarı Fəxri xiyabandadır.
Allah rəhmət eləsin



22 iyun İsmayıl Osmanlının vəfat etdiyi gündür
22 iyun İsmayıl Osmanlının vəfat etdiyi gündür
Bu gün İsmayıl Osmanlının vəfat etdiyi gündür
6 yanvar İsmayıl Dağıstanlının doğulduğu gündür
6 yanvar İsmayıl Dağıstanlının doğulduğu gündür
6 yanvar İsmayıl Dağıstanlının doğulduğu gündür
27 iyun Səyavuş Aslanın vəfat etdiyi gündür
27 İYUN SƏYAVUŞ ASLANIN VƏFAT ETDİYİ GÜNDÜR
5 sentyabr Səyavuş Aslanın doğulduğu gündür
4 MAY FUAD POLADOVUN VƏFAT ETDİYİ GÜNDÜR
Bu gün Safurə İbrahimovanın doğum günüdür
4 may Fuad Poladovun vəfat etdiyi gündür
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 