Unutmayaq, unutdurmayaq!
Fikrət Məşədi Cəmil oğlu Əmirov (22 noyabr 1922, Gəncə, Gəncə qəzası – 20 fevral 1984, Bakı) — Sovet-Azərbaycan bəstəkarı, musiqi xadimi, Azərbaycan Dövlət Opera və Balet Teatrının direktoru (1956–1959), Azərbaycan Dövlət Filarmoniyasının bədii rəhbəri (1947), Azərbaycan Bəstəkarlar İttifaqının katibi (1959-cu ildən), Azərbaycan SSR Ali Sovetinin IV–IX çağırış deputatı, Azərbaycan SSR Elmlər Akademiyasının müxbir üzvü (1980-ci ildən). Fəaliyyətinə görə Sosialist Əməyi Qəhrəmanı (1982), SSRİ xalq artisti (1965), Azərbaycan SSR xalq artisti (1958), Azərbaycan SSR əməkdar incəsənət xadimi (1955) fəxri adlarına layiq görülmüş, SSRİ Dövlət mükafatı (1980), Azərbaycan SSR Dövlət mükafatı (1974), II dərəcəli Stalin mükafatı (1949), Azərbaycan SSR Lenin komsomolu mükafatı (1967) laureatı olmuş, iki dəfə “Lenin” ordeni (1959, 1982), iki dəfə “Qırmızı Əmək Bayrağı” ordeni (1967, 1971) ilə təltif edilmişdir.
Bakı Musiqi Akademiyasında bəstəkar Üzeyir Hacıbəyovun və Boris Zeydmanın sinfində təhsil alıb. Səhnə musiqisi sahəsində fəaliyyətinə “Ürəkaçanlar” və “Gözün aydın” musiqili komediyaları ilə başlayan Fikrət Əmirovun ən uğurlu əsərlərindən biri simli orkestr üçün yazdığı “Nizami” simfoniyasıdır. Bu simfoniya dünyanın ən məşhur dirijorlarının rəhbərliyi ilə ifa olunub.
1948-ci ildə “Şur” və “Kürd-Ovşarı” simfonik muğamlarını yazıb. Bu simfonik muğamlar Bolqarıstanın, Belçikanın, Fransanın, ABŞ-ın konsert salonlarında səsləndirilib.
1950-ci ildə dördhissəli “Azərbaycan” simfonik süitasını bəstələyən Fikrət Əmirov onun ardınca müasir mövzuda milli musiqi tarixinə ilk milli lirik opera kimi daxil olan “Sevil” operasını yazıb. Operaya ictimai baxış 8 oktyabr 1953-cü ildə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında keçirilib.
Bəstəkarın geniş çeşidli yaradıcılığında vokal janrının da özünəməxsus yeri var. O, üç romans və müxtəlif janrda iyirmi beşdən artıq mahnının müəllifidir.Rasim Balayevdən SƏRT ÇIXIŞ
1970-ci illərdə “Nəsimi” vokal xoreoqrafik poemasını, simfonik orkestr üçün “Azərbaycan qravürləri” əsərini, “Gülüstan-Bayatı-Şiraz” simfonik muğamını, “Min bir gecə” nağılları əsasında eyniadlı balet yazır.
1984-cü ilin yanvarında “Nizami” baletini tamamlayır. Fikrət Əmirov 1984-cü il fevralın 20-də Bakıda vəfat edib. I Fəxri Xiyabanda dəfn olunub.
Allah rəhmət eləsin!



20 feral Fikrət Əmirovun vəfat etdiyi gündür
Həmişə müasir şair - Nəbi Xəzri
Azərbaycan klassik musiqi sənətinin görkəmli nümayəndəsi Fikrət Əmirov
Şeir mənim üçün bir kainatdır - Nəbi Xəzri
Bu gün Fikrət Əmirovun doğulduğu gündür
14 dekabr Rəşid Behbudovun doğulduğu gündür
Bu gün Rəşid Behbudovun doğulduğu günüdür
Bu gün Bəxtiyar Vahabzadənin vəfat etdiyi gündür
22 noyabr Fikrət Əmirovun doğum günüdür
9 iyun Rəşid Behbudovun anım günüdür
13 fevral Bəxtiyar Vahabzadənin vəfat etdiyi gündür
Yusif Məmmədəliyev
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 