Unutmayaq, Unutdurmayaq!
Bu gün azərbaycanlı şair Baba Pünhanın vəfatından 20 il ötür.
Mədətzadə Atababa Seyidəli oğlu (Baba Pünhan) 1948-ci il noyabrın 5-də Bakıda Kürdəxanı qəsəbəsində doğulub.
1955-ci ildə Məhəmməd Əmin Rəsulzadə qəsəbəsindəki 99 saylı məktəbin birinci sinfinə gedib.1963-cü ildə 8-ci sinfi bitirib. Həmin il Bakı Rabitə Texnikumuna daxil olub. 1967-ci ilin iyunda texnikumu bitirib, avqustda Bakı Metropolitenində mexanik işləməyə başlayıb.
1968-ci ildə hərbi xidmətə çağırılıb. Ukraynanın Kiyev şəhərində hərbi xidmətini başa vurub, vətənə qayıdandan sonra metroda işini davam etdirib. 25-il müddətində həmin yerdə işləyib. 1972-ci ildə ailə qurub. Bir oğlu, bir qızı dünyaya gəlib.Metroda işlədiyi ilk vaxtlarda "Metro" qəzetində kiçik həcmli şerləri və qəzəlləri çap olunub. İlk qəzəlini isə 13–14 yaşında ikən yazıb.
Yaradıcılığa lirik qəzəllərlə başlamış, nəzm formasında bir neçə poema, sərbəst şeir, məhəbbət ruhlu qəzəllər yazıb yaratmışdır.Dövründə baş verən haqsızlıqlara qarşı öz mübariz qəzəlləriylə etiraz edib.
2 il müddətində "Zarafat" qəzetində çalışıb. Əsərləri həmçinin "Tək səbr", "525-ci qəzet", "İmpuls", "Oxu məni", "Yeddi gün", "Azadlıq", "Şəhriyar", "Bakı Xəbər", "Etimad", "Qətiyyət", "Politika", "Olaylar", "Bakının səsi", "Dünya", "Yeni Müsavat", "Qoroskop", "Dəryaz", "Arı", "Ekspress", "Vəhdət", "Nəbz" və "Ədalət" qəzetlərində də çap olunub.1995-ci ildə Hacı Mailin rəhbərliyi ilə təşkil olunmuş "Füzuli məclisi"nə dəvət olunub.
1996-cı ildə "Təzəpir" məscidində təşkil olunmuş yığıncaqda mükafatlar təltif olunarkən, Füzuli məclisinin fəal iştirakçısı kimi "Paklıq" mükafatına layiq görülüb. 1997-ci il fevral ayında Məşhəd şəhərinə ziyarətə gedib.
1998-ci il noyabr ayının 5-də "Vahid evi"ndə onun 50 illik yubileyi keçirilib.Həmin il "ANS" kanalının "Qulp" verlişinə dəvət alıb. Bu verilişdə "Lirika" rublikasında satirik qəzəllərini oxumaqla xalqla yaxın bir ünsiyyət yaradıb.
1998-ci ildə "21-ci gənclik dərgisi"ndə, 1999-cu ildə "Azərbaycan" jurnalında, 2004-cü ildə "İRS-наследие" jurnalında bir neçə şeiri işıq üzü görüb. 2004-ci ildə İranda çap olunan kitabda onun qəzəlləri də yer alıb.
2004-cü ilin aprelin 5-də "Mərkəzi Kliniki xəstəxana"sında ürəyindən əməliyyat olunub.2 gün sonra evə qayıdan şairin aprelin 8-də səhər yenidən halı pisləşib və o koma vəziyyətinə düşüb.
9 gün komada süni nəfəsvermə ilə saxlanılıb.2004-cü il aprelin 17-si ürəyi süni nəfəsdən imtina edib. 55 yaşında vəfat edən Baba Pünhan Kürdəxanı qəsəbəsində torpağa tapşırılıb.



Bu gün Safurə İbrahimovanın doğum günüdür
Əbülfəz Elçibəyin vəfatından 24 il ötür
24 may Fuad Poladovun doğulduğu gündür
Azərbaycanlı jurnalistlərin Kəlbəcərdə minaya düşərək şəhid olmalarından üç il ötür
Şəhid Şıxəli Qurbanov
20 avqust Aydın Qaradağlının doğulduğu gündür
Bu gün Mikayıl Müşfiqin doğum günüdür
Mübariz İbrahimovun anım günüdür
Bu gün Əbülfəz Elçibəyin anım günüdür
Bu gün Milli Qəhrəman Mübariz İbrahimovun doğulduğu gündür
Saxlanılan general kimdir?- Dosye
Bu gün şəhid Rəşad Babayevin doğum günüdür
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 