Bu gün Xalq artisti, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin professoru Həmidə Ömərovanmın doğum günüdür.
Aktrisa Həmidə Ömərova 25 aprel 1957-ci ildə Bakıda müəllim ailəsində anadan olub.
1975-1979-cu illərdə Moskvada Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunun aktyorluq şöbəsində təhsil alıb.
1979-1993-ci illərdə C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasında, 1992-1993-ci illərdə Azərbaycan Kinematoqrafçılar İttifaqında çalışıb.
Filmlərə çəkilməklə yanaşı, 500-dən artıq bədii filmin dublyajı və səsləndirilməsində iştirak edib.
Kino haqqında "Azərbaycan kinosunda feminizm", "ABŞ kinosu: 1895-1945-ci illər", "Amerika kino tarixi" kitablarının müəllifidir.
1986-cı ildən Azərbaycan Dövlət Televiziyasında "Retro" kinozalı verlişinin aparıcısı, 2002-ci ildən "Kinoştrix" verilişinin ssenari müəllifi olub.
Hazırda Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin professorudur. Azərbaycanın Xalq artisti, Prezident təqaüdçüsüdür.
Həmidə Ömərova Şəfiqə ("Qızıl uçurum" filmində), Zümrüd (“Yol əhvalatı”), Zeynəb ("Babamızın babasının babası"), Telli ("Qorxma, mən səninləyəm"), Afaq ("Nizami"), Nazlı ("Şirbalanın məhəbbəti"), Zivər ("Doğma sahillər") və s. obrazlar yaradıb.
1986-cı ildə Respublika Lenin Komsomolu mükafatına, 1988-ci ildə Azərbaycan Respublikasının Əməkdar artisti, 2005-ci ildə Xalq artisti fəxri adlarına layiq görülüb.
Peşəkar aktrisa indi televiziya seriallarında çəkilir.



Xalq artisti vəfat etdi
16 aprel Ramiz Mirişlinin doğulduğu gündür
23 AVQUST ŞAHMAR ƏLƏKBƏROVUN DOĞUM GÜNÜDÜR
Mədəniyyət Nazirliyi Xalq artistinin ölümü ilə bağlı nekroloq yayıb
23 avqust Şahmar Ələkbərovun doğum günüdür
Bu gün Xalq artisti Şahmar Ələkbərovun doğulduğu gündür
Həmidə Ömərovanın oğlu görün kimlə evləndi
Məşhur aktrisa vəfat etdi
Bu gün Gülşən Qurbanovanın doğum günüdür
22 dekabr Həsən Seyidbəylinin doğum günüdür
Milli Məclisin yeni sədr müavini İbrahimli... - Daha bir ilk
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 